Əsas Səhifə > Maqazin > Xoşqədəm Şəbnəmdən danışdı:

Xoşqədəm Şəbnəmdən danışdı:


18-05-2023, 13:07

Xoşqədəm Şəbnəmdən danışdı: “Mən axı onun...“

Aparıcı Xoşqədəm Baxşəliyeva müğənni Şəbnəm Tovuzlu haqda danışıb.

"AzerTaym.az" Olay-a istinadla xəbər verir ki, teleaparıcı “Səni axtarıram” verilişində ifaçı ilə bağlı yayılan iddialara cavab verib.

X. Baxşəliyeva qeyri-rəsmi nikahlarla bağlı səsləndirdiyi fikirlərin Şəbnəmə aid olmadığını bildirib:

“Görürəm ki, bəzi insanlar söylədiyim fikirlərimi başqalarına aid edirlər. Burada dəfələrlə qeyri-rəsmi nikah olmadan dünyaya gətirilən uşaqlardan danışmışam. Düzdür, insanlar özü bilər. Amma “Günaydın, Azərbaycan” adlı verilişimdə bunlar barəsində danışmaq istəmirəm. Bu, haqqımdır və kimsə mənə nəsə deyə bilməz. Həmçinin, dediyim məsələ hər kəsin şəxsi qərarıdır və biz buna qarışa bilmərik. Baxıram, TikTok-da yazıblar ki, “Xoşqədəm Şəbnəm Tovuzluya söz atdı”. Mən axı ad çəkməmişəm. Bu, öz fikrim və mövqeyimdir. 

Əvvəla, bir insana sözüm olanda onun üzünə deyirəm. Kimdənsə qorxum yoxdur. Mən ümumi danışıram. İkincisi, Şəbnəm xanım həyat yoldaşının və bərabər çəkdirdikləri şəkilləri paylaşır. Yazır ki, “mənim həyat yoldaşımdır”. Qolun, ayağın, əlini göstərmir ki. Bu qadın dəfələrlə həyat yoldaşının şəklini rəsmi səhifələrində paylaşır. Axı siz niyə onun adını çəkirsiniz? Üstəlik mənim adımdan istifadə edirsiniz. Ola bilər onu kimsə istəməsin. Hamının öz sahəsində rəqibi var və kimsə onu nəyəsə görə “vurmaq” istəyir. Mən necə ki, öz adımla sözümü deyirəm, siz də zəhmət çəkin, hansı insana sözünüz varsa, mənim adımla yox, öz adınızla yazın və öz sözünüzü deyin. Bu arada Hacı Ramili tanıyıram. Çox yaxşı, mədəni bir insandır. Mənim onlarla nə işim var?”

 

 


Geri qayıt