Əsas Səhifə > Maqazin > “Avtomobilimin 100 min qiyməti var”
“Avtomobilimin 100 min qiyməti var”15-12-2023, 23:57 |
“10 ildir ki, avtomobil idarə edirəm. Maşın sürməyi və uzun yola çıxmağı çox sevirəm. Avtomobil sürəndə heç bir yorğunluq və yuxu kimi hissim olmur. Maşın alıb bu arzuya çatanda sevincimin həddi-hüdudu yox idi. Son model “Range Rover” markalı avtomobil almaq istəyirəm, amma hələ onu almağa imkanım yoxdur. Çünki bahadır”. Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu “Günə son” ictimai-sosial verilişində deyib. Sənətçi bildirib ki, hazırda idarə etdiyi avtomobilin qiyməti 100 min manatdır: “Qadınlar seçilməyi sevirlər. Belə bir atalar sözü var ki, “İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Əvvəllər belə şeylərə önəm vermirdim, amma zaman keçdikcə gördüm ki, əgər müəyyən qədər tanınmağa başlayırsansa, adın dillərə düşürsə və qiyməti ucuz olan avtomobillə toya gəlirsənsə, sənə qəribə baxırlar. Deyirlər ki, bu ad, bu ifa, bu sənət hara, sürdüyü bu ucuz maşın hara… Əvvəllər çox pis olurdum. İlk avtomobilim “Sportage” markalı maşın idi. Ondan sonra gördüm ki, mənə bitəhər baxırlar. Xoşuma gəlməyən bir-iki nüanslar oldu, ondan sonra avtomobilimi dəyişdim. Getdim 100 minlik avtomobil aldım”. Nigar tez-tez sürət həddini aşdığına görə cərimə olunduğunu vurğulayıb:
Geri qayıt |