Flora Kərimova Teymur Əmraha OD püskürdü

“Mənə pis ana deyə bilərlər, amma vətənpərvərliyimə heç nə deyə bilməzlər. Bu yaxınlarda Teymur Əmrah dedi ki,  guya mənə həsr olunan “Ey vətən” mahnısını oxumağa ixtiyarım yoxdur. Bu, mənə çox pis təsir elədi”.

 Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Flora Kərimova "10-dan sonra" verilişində deyib.

 Müğənni əməkdar artistə xəbərdarlıq edib: "Teymur, əl çək məndən. Nəfəsin, tərzin mənimdir. Səni mənim mahnılarımla sevdilər. Onları oxudun, özünü sevdirməyə çalışdın. Hər şeyə şübhən ola bilər, ancaq mənim vətənpərvərliyimə yox. Səndən qüdrətli insanlar mənimlə çarpışmağı bacarmadılar. Bu vərdişini qoy yerə. Onsuz da alnında, danışıq tərzində Flora Kərimova yazılıb. Məni pisləməklə kimlər nə qazandı ki, sən də qazanasan. Hələ ki, gec deyil, dayan. Heç nə əldə edə bilməyəcəksən. Mən bu cəmiyyətdə zərrə-zərrə öz yerimi qazandım.

 Sən isə misqal-misqal addımlayırsan, insanların sənə nifrətini qazanma. Sən mənim oxşarımsan. Hansı ləkəni boynuma qoysalar, dinmərəm. Amma Teymur “Ey vətən” mahnısını oxumağa ixtiyarım olmadığını dedi. Bu qədər insafsızlıq, paxıllıq olmaz. Dayan, sən nə edirsən? Sənin hansı yolunu kəsmişəm ki? Mən hər zaman sənə dəstək olmuşam. Amma o, hər zaman arxamca danışıb”.

AzerTaym.az






Fikirlər