PEYĞƏMBƏRə atılan böhtan, yoxsa?

it

Uydurulan dinin, əsl dini hansı vəziyyətə gətirdiyini başa düşmək çətin deyil.

Hədis rəvayətlərində içində şəkil və it olan evə mələklərin girməyəcəyi kimi qəribə iddialar yazılıb. Mövzu ilə bağlı rəvayət belədir: “Rəsulullah buyurdu: “Mələklər içində şəkil və it olan evə girməzlər” (Buxari, Libas 92,88, Bədul Xalq 6, 14, Məğazi 11; Muslim, Libas 102, (2606); Əbu Davud, Libas 48, (4155); Tirmizi, Ədəb 44, (2805); Nəsai, Zinət 112, (8, 212, 213); İbn Macə, Libas 44, (3649).

Digər rəvayət isə cünub olan ifadəsi əlavə edilərək belə deyilir: “Rəsulullah buyurdu:“İçində şəkil, cünub şəxs və it olan evə mələklər girmir” (Əbu Davud, Taharət 90, (227), Libas 48, (4152); Nəsai, Taharət 168, (1, 141), Sayd 11, (7, 185).

Hətta rəvayətlərdən birində Cəbrailin Peyğəmbərimizin yanına gəldiyi, lakin evdə it və pərdələrin üzərində şəkil olduğuna görə evə girmədiyi iddia edilmişdir:

“Rəsulullah buyurdu: “Mənim yanıma Cəbrail gəldi və: “Dünən sənin yanına gəlmişdim, lakin yanına girə bilmədim. Bunun səbəbi isə üzərində rəmzlər olan pərdə idi. Orada it, qapının üzərində isə insan şəkilləri vardı. Rəmzlərin başlarının qoparılmasını əmr et ki, ağac şəklinə çevrilsin. Örtükdən ayaq altına atılacaq iki döşəkçə hazırlanmasını, itin də oradan çıxarılmasını de! Bu deyilənlər edildi” (Muslim, Libas 102 (2112); Əbu Davud, Libas 48, (4158); Tirmizi Ədəb 44, (2807); Nəsai, Zinət 113, (8, 216).

Buradan aydın olduğu kimi sonuncu Peyğəmbərimizin ağzından belə əsassız iddialar uydurmaqdan çəkinməyiblər. İçində it və şəkil olan evə mələklərin girməyəcəyini iddia etmək, evində şəkil və it olan şəxslərin evlərində ikən ölmələrinin mümkün olmayacağını iddia etməkdir. Çünki mələklərə, ölən insanın canını almaq tapşırılır.

Bununla yanaşı, həmin rəvayətlərdə bunların rəhmət mələkləri olduğu ilə bağlı heç bir məlumat yoxdur. Bu, ümumi olaraq bütün mələklərə aiddir. Digər rəvayətdən aydın olduğu kimi vəhy mələyi də buna daxil edilib. Bu anlayışa əsasən, ölüm mələkləri canını almaq üçün gəldikləri insanın evdən çıxmasını gözləməli, yəni evinin qapısında gözləməlidirlər.

Gördüyünüz kimi uydurulan dinin, əsl dini hansı vəziyyətə gətirdiyini başa düşmək çətin deyildir. Quran açıq şəkildə belə ifadə edir: “Allah vaxtı çatan heç bir canın alınmasını sonraya saxlamaz. Allah etdiklərinizdən xəbər alandır”(“Munafiqun” surəsi, 11). 

(din.az)

 






Fikirlər