Azərbaycanda MƏMUR seriala çəkildi

Azərbaycanda məmur seriala çəkildi

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov yeni teleseriala çəkilib.

 AzerTaym.az azvision.az-a istinadən bildirir ki, Nadir Əzməmmədov ATV telekanalında yayımlanan məşhur "Vicdan" haqqı" serialında rol alıb. QSC sözcüsü serialda Saleh Rzayev obrazını canlandırır. 

Mətbuat katibi bundan öncə rejissor Rövşən İsaqın "Sonuncu fəsil" serialında Mamed obrazında çəkilib.

Qeyd edək ki, Nadir Əzməmmədov "Nəsimi", "Qara Volqa", "Asif, Vasif, Ağasif","Od içində", "Yaramaz" və s. kimi filmlərdə də rol alıb.






Fikirlər