Bir-birindən ayrıla bilməyən ər-arvad özlərini öldürdülər

Xantı-Mansiysk muxtar dairəsinin Nyaqani şəhərində eyni anda iki intihar hadisəsi baş verib.

AzerTaym.az Modern.az-a  istinadən bildirir ki, yaşlı adamların meyitlərini qonşular onların yaşadıqları evin həyətində aşkar ediblər.

 

Məlum olub ki, 72 yaşlı kişi ölümcül xəstəlikdən əziyyət çəkib, onun 69 yaşlı həyat yoldaşı isə qohumlarının yanında dəfələrlə əri olmadan yaşamayacağını deyib.

İlkin ehtimala görə, kişi ağrılardan çox əziyyət çəkdiyindən və arvadın bu yaşda ərinə  sadiq qalması səbəbindən bundan belə əzab çəkmək istəməyən cütlük eyni anda özlərini öldürüblər. Onlar intihardan əvvəl yazdıqları məktubda belə bir istəklərini də qeyd ediblər: “Xahiş edirik, heç kimi günahlandırmayın!”

  






Fikirlər