“Bakirəliyimi pozması MƏNİ çıxılmaz vəziyyətə salıb...”

Moderator.az ın əməkdaşı “Qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini qələmə alıb. Bu dəfə sizə Zülfiyyənin (adı şərtidir) həyat hekayəsindən bəhs edəcəyik.

Onunla sosial şəbəkədə tanış olmuşduq. Sonra görüşdük və şəhərin restoranlarının birində əyləşib söhbətləşdik. Əslində olanları o, birinci görüşdə mənə danışmadı. Qələmə aldığım bu yazı Zülfiyyənin bir neçə görüşümüzdən sonra mənə danışdıqlarıdı. Amma, çox kövrəldim. Doğrudan da bizim cəmiyyətdə qadın olmaq deyərdim ki, zülümdü. Zülfiyyə həbsdə yatan sevgilisi ilə avtobusta tanış olub:
“Onunla avtobusta rastlaşdıq...”
“Universitetdə qiyabı oxuyuram. Bir gün dərsdən gələndə, onunla avtobusta rastlaşdıq və elə də tanış olduq. Mənim üçün pis insan deyildi. Amma, tərgidə bilmədiyi bir pis vərdişi var idi, o da onun oğruluq etməsi idi. Neçə dəfə buna görə onunla dalaşırdım. Bu dediklərimi onunla tanışlığımızın təxminən altıncı ayında bildim. Çox sevirdik bir – birimizi. Həqiqətən mənimlə evlənmək fikri var idi. Elçi də yolladı, amma evdəkilər razı olmadı. Anamın ondan xoşu gəlmirdi.
“Və bir gün o mənim bakirəliyimi pozdu...”
Onunla görüşümüz yatağa qədər uzandı. Və bir gün o mənim bakirəliyimi pozdu. Dedi ki: “Səninlə belə etdim ki, heç kim səni almasın. Səni ancaq özüm alacam”. Ona inanmışdım. Amma bir gün mənə zəng vurub dedi ki: “Məni həbs edəcəklər. Məni gözlə, həbsdən çıxım evlənərik. Evdən oğurluq etmişəm və indi axtarışdayam”. Elə də oldu. Onu həbs etdilər. İki il yarım yolunu gözlədim. Həbsdən çıxıb gələndə, yalvardım ki, bir də oğurluq etmə. Söz verdi ki, bir də belə şey olmayacaq.
“Bakirəliyimi pozması məni çıxılmaz vəziyyətə salıb...”
Universitetin axırıncı kursundaydım. Fikirləşirdim ki, evdəkilər razı olmasa da, özüm onunla qoşulub qaçaram. Çünki sevirdim. Birinci dəfə həbs olunanda valideynləri də oğluna gileyləndi ki, niyə belə edirsən. Düşünürdüm ki, bu dəfə belə etməz. Amma bu dəfə daha betəri oldu. O, narkotik maddələrin alqı – satqısıyla məşğul olduğu üçün polis tərəfindən saxlanıldı. Bu dəfə həm valideynləri, həm də mən ondan üz döndərdim. Məhkəmə onu yeddi il yarım azadlıqdan məhrum etdi. İndi evimizdəkilərin dediyi ilə razılaşdım. Bildim ki, mən düzgün seçim etməmişəm. Bircə səhvim onunla yatağa girməyim oldu. Bakirəliyimi pozması məni çıxılmaz vəziyyətə salıb. Heç kimi aldatmaq istəmirəm”.

  






Fikirlər