Xalq artisti ilə vida mərasimi keçirilir - FOTO/VİDEO (YENİLƏNİR)

Картинки по запросу Xalq artisti Oktay Zülfüqarov vəfat edib

Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovla vida mərasimi başlayıb.

 Publika.az-ın məlumatına görə, bəstəkarla vida mərasimi Təzəpir məscidində keçirilir. 

 ***

11:09

Xalq artisti Oqtay Zülfüqarovla vida mərasimi bu gün saat 13:00-da Təzəpir Məscidində keçiriləcək. Oqtay Zülfüqarov İkinci FəxriXiyabanda dəfn olunacaq.

Bu barədə Publika.az-a Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

 ***

10:39

Azərbaycanın məşhur uşaq bəstəkarı, Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti Oqtay Zülfüqarov 87 yaşında vəfat edib.

Bu barədə "Report"a Azərbaycan Bəsətkarlar İttifaqından məlumat verilib.

Hazırda Mədəniyyət və Turizm Nazirliyi nekroloq hazırlayır.

Allah rəhmət eləsin!

Xatırladaq ki, Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də anadan olub.

 

 

* Fotoları təqdim edirik

 






Fikirlər