“Oğlumu döydüyünə görə ərimdən küsmüşəm”

““Oğlumu döydüyünə görə ərimdən küsmüşəm”

Aşıq Zülfiyyə evinin qapılarını ARB TV-nin “Evgördü” verilişinə açıb və maraqlı açıqlamalar verib.

 “Qafqazinfo” xəbər verir ki, xanım sənətçi ailəsindən söz açıb:

“Yoldaşımla cəmi 3 gün küsülü olmuşuq. Hamısı da oğlum Babək üzündən olub. Elə olub ki, o, uşağı döyüb, mən də ondan incimişəm, mən söz deyəndə də, o, məndən inciyib. O, haqlı da olsa, haqsız da olsa, mən onun tərəfini tuturam. Ata hər zaman haqlıdır. Bizə belə öyrədiblər”.

 Aşıq daha sonra mebellerindən də söz açıb:

“10 min dollara almışdıq, 10 ilin mebelleridir. Bahalı mallardır. 20 minə yaxın ümumi xərcimiz çıxdı. Cehizlərim olmayıb. Atamgilin imkanı yox idi, ona görə alınmadı. 8 uşaq olmuşuq”.

 

 

 






Fikirlər