“Canı sızıldayır...” – Aşıq Ədalətin ailəsindən açıqlama

“Aşıq Ədalət hazırda özünü normal hiss edir. Havalar soyuq olanda ayağında müəyyən ağrılar olur. Amma onun ayaqlarının tutulması haqqında yazılanlar həqiqəti əks etdirmir”.

Bunu Moderator.az-a Azərbaycanın ustad aşığı Ədalət Nəsibovun ailəsindən bildiriblər.

Aşıq Ədalətin ailəsindən onu da deyiblər ki, bəzi KİV-lərdə onun səhhəti ilə bağlı yayılan informasiyalar şişirdilib: “Onu hansısa telekanaldan çağırmışdılar. O da dedi, ağrıyıram. Onlar da götürüb bu xəbəri şişirdib, çox pis formada təqdim ediblər. Xəstə, yaşlı adamdır da, bir az hava soyuq olanda yeriməsi zəifləyir, canı sızıldayır. Ağrıları olur, amma siz deyən kimi Allah eləməmiş ayaqların tutulması, səhhətin ağırlaşması kimi hallar yoxdu. Şükür babatdır”.  






Fikirlər