İnsanda məhəbbət hissi belə yaranır – Elmi-lədun

Картинки по запросу sevgili qız oglan

“İnsan Mənim sirrimdir, Mən də insanın sirriyəm!” (Allah-təala, qüdsi hədislərdən)

.Bu yazımda isə, diqqətinizi insanda torpağa məhəbbətin yaranması prosesinə cəlb etmək istəyirəm.
Təcrübə göstərir ki, kənd adamlarında torpağa məhəbbət (bağlılıq) güclü olur. Bu səbəbdən də onlar bir çox hallarda yaşadıqları yerdən ayrılmaqda çətinlik çəkirlər; yeni məskunlaşdığı yerlərə çətin adaptasiya olurlar və köhnə yurd üçün darıxırlar.
Şəhər adamları isə, bu cür problemi yaşamırlar.  Yəni, şəhərlilər kəndlilərə nisbətən yaşadıqları yeri daha asan dəyişirlər və düşdükləri yerə daha asan və tez uyğunlaşırlar. Bu onlarda torpağa məhəbbət hissinin kənd adamlarına nisbətən daha zəif olması ilə əlaqədardır.
Sual yaranır ki, niyə eyni bioloji varlıq olan iki insanın birində torpağa məhəbbət daha güclü, digərində isə, zəif olur? Bunun səbəbi nədir?  
Elmi-lədun araşdırmalarımız göstərir ki, bu hal insanda torpağa qarşı məhəbbət hissinin yaranma prosesi ilə əlaqədardır. Gəlin görək insan qəlbində torpağa məhəbbət hissi necə yaranır? 
 Araşdırmalarımız göstərir ki, bu proses yağış təzə yağmağa başlayanda insan yenicə islanmış sürüşkən torpağın üzəri ilə yeriyərkən baş verir. Yəni, kənd adamı hər dəfə yağış altında torpaq yolla sürüşə-sürüşə gedərkən, özü də bilmədən onun qəlbində torpağa qarşı məhəbbət hissi  yaranır və bu məhəbbət bağı onu həmin torpağa bağlayır.
Bu səbəbdən də kənd adamı yaşayış yerini dəyişəndə uzun müddət yaşadığı torpağın həsrətini (məhəbbətini) çəkir və düşdüyü mühitə uyğunlaşmaq onun üçün çətin olur.
Şəhər mühitində isə, torpaq yol olmadığından (hər tərəf asfalt və yaxud betondur) burada yaşayan insanda yuxarıda şərh etdiyim bioloji proses demək olar ki, getmir və yaxud çox zəif gedir. Deməli, yerə döşənmiş beton örtük şəhər insanının torpaqla əlaqəsini zəiflədir ki, bu da onda torpağa qarşı məhəbbət hissinin daha az olmasına səbəb olur.  Buna görə də şəhər adamı yaşayış yerinini dəyişməkdə heç bir problem görmür və düşdüyü yerə daha tez uyğunlaşır. 
Yeri gəlmişkən, diqqətinizi bir vacib məqama da yönəldim  ki, insanlar arasında da məhəbbət hissi bir çox hallarda  əsasən sürtünmədən  yaranır. Yəni, əks cinslər biri-birinə sürtündükdə (toxunduqda) onlar arasında qarşılıqlı məhəbbət hissi baş qaldırır. Eynən torpağa qarşı olduğu kimi. Bu halı heyvanlar arasında da müşahidə etmək mümkündür. Onlar da sevişməzdən öncə biri-birlərinə sürtünürlər. 
Torpaq həm də insanın yaradıldığı maddə olduğundan, insanda ona qarşı bir bioloji uyğunluq və bağlılıq vardır. 
Paşa Yaqub – tədqiqatçı-yazıçı.






Fikirlər