Afaq Aslan Əli Mirəliyevdən 110 min manat tələb edir - QALMAQAL

Müğənni Afaq Aslan bir müddət öncə barəsində açıqlama verən həmkarı Əli Mirəliyevi məhkəməyə verib. 
 AzerTaym.az bildirir ki, bu barədə Lent.az-a A.Aslanın özü məlumat verib. O bildirib ki, Ə.Mirəliyevi bağışlamayacaq: "İllərdir ki, bu adam məndən əl çəkmir. Əvvəllər mənə normal münasibət bəsləyirdi. O məni dəfələrlə bağ evinə dəvət etdi, mən getmədim. Daha sonra arxamca nalayiq ifadələr işlətməyə başladı. Bütün bunlar oldu, amma mən susdum, Əli Mirəliyev susmadı. Barəmdə saytlara xoşagəlməz açıqlamalar verdi. Onun cavabını məhkəmə yolu ilə verəcəm. Məni təhqir etdiyinə görə ondan 110 min pul tələb edirəm. Niyə dilinə yiyəlik etmədiyini məhkəmədə deyər. Nəvəsi yaşında qızam, amma məndən əl çəkmir. Get öz yaşıdlarına söz at, mənə yox”.
Xatırladaq ki, Ə.Mirəliyev A.Aslanın "1 milyona soyunacam" açıqlamasına bu sözləri demişdi: "Afaq Aslan bezdirib məni ... O lüt soyunan Afaq var ha, onu deyirsən də? Kimdir ona bir milyon verib, soyunduran. Afaqda nə artıq bir şey var ki, ona milyon versinlər? Soyunub neynəyəcək?. Möcüzə yaradacaq?. Soyunmağın qiyməti bu qədər deyil. Onda bütün qızlar soyunsunlar, görüm onlara 100 manat verirlər? Bizim müğənnilərimiz var ki, kliplərdə soyunurlar, onlara 50 manatdan artıq vermirlər. Getsin, ədəb-ərkanla özünə bir iş tapsın. Harda işləyirsə işləsin, müğənni və ya aktrisa sözünü dilinə gətirməsin”.

 






Fikirlər