BƏHRAM Bağırzadədən Hacıbala Abutalıbova İSMARIŞ: “HEÇ BİR QOHUMUMA VƏZİFƏ…”

Tanınmış aktyor Bəhram Bağırzadə televiziya kanallarının birində yayımlanan verilişdə qonaq olub. Qonaq olduğu verilişdə jurnalistlərin suallarını cavablandıran aktyor maraqlı məqamlara toxunub.

Cebhe.info xəbər verir ki, “Bakı meri olsaydınız, nəyi dəyişərdiniz?” sualına cavab verən Bəhram Bağırzadə Hacıbala Abutalıbova ismarış göndərib:

"Mən Bakı meri olsam, hərçənd ki, bu mümkün deyil, amma mən heç bir qohum -əqrəbanı vəzifəyə gətirməzdim. Nə KVN yoldaşlarımı, nə qohumlarımı, nə də dostlarımı vəzifəyə gətirərdim. Ancaq vəzifəyə işini bilən peşəkar kadrları gətirərdim ki, işləsinlər". 

"AzerTaym.az"

 






Fikirlər