“DÖVLƏT DİLİNİ BİLMƏYƏN ŞƏXSİYYƏT YAXŞI VƏTƏNDAŞ OLA BİLMƏZ”

“Gənclərin ana dilində səlis danışa bilməməsinin əsas yükü ailələrin üzərinə düşür”

 Hər kəs ana dilini bilməli və onu qorumalıdır. Ana dilinin hesabına əcnəbi dil öyrənib, sonra da yad mühitə düşmək olmaz. Bu, təhlükəlidir. Xüsusilə, nəzərə almaq lazımdır ki, bizim uşaqlarımız, övladlarımız orta təhsili mümkün qədər ana dilində almalıdırlar.

Çünki ana dili orta təhsil səviyyəsində şəxsiyyəti formalaşdırır. Kiminsə, rus və ya Azərbaycan bölməsində oxuması onun ana dilini bilməsinə təsir etməməlidir.  
Bu sözləri yazıçı-kulturoloq Aydınxan Əbilovun Azərbaycan dilində dəqiq, səlis, məntiqli danışan gənclərimizin sayının azalması ilə bağlı fikirlərinə şərh verən millət vəkili, akademik Nizami Cəfərov deyib. Millət vəkili hesab edir ki, gənclərin ana dilində səlis danışa bilməməsinin əsas yükü ailələrin üzərinə düşür: 
"Uşaq yaşlarından ailədə rus dilində danışmağa vərdiş edən insanlar böyüdükdən sonra ana dilimizə uyğunlaşa bilmir. Əgər ailədə, idarədə, müəssisədə rusca danışılırsa, bu o deməkdir ki, biz dilimizi bəyənmirik. Elə insanlar var ki, təhsilini rusca bitirib, amma kifayət qədər milli bir insandır. Millətini sevir, onun uğrunda mübarizə aparır və bu mübarizəsini rus dilində beynəlxalq miqyasda davam etdirir. Amma bu, kütləvi deyil. Ana dilini, dövlət dilini bilməyən şəxsiyyət yaxşı vətəndaş ola bilməz. Ana dilini biləndən sonra neçə dil istəyirsən öyrən. Əlbəttə, bir-iki adamın dilimizdə səliş danışa bilməməsi elə də ciddi məsələ deyil, amma yüzlərlə, minlərlə gənc dilimizi, onun qayda-qanunlarını bilmirsə, bu artıq ciddi problemdir”.
Qeyd edək ki, kulturoloq Aydınxan Əbilov Sherg.az-a açıqlamasında Azərbaycan cəmiyyətinin ciddi praqmatik məsələlərə, milli əhəmiyyətli hadisələrə biganə olduğunu deyib: "Azərbaycan insanı cəmiyyət və dünya üçün açılışıb. Bir neçə dildən geniş istifadə etməyə başlayıb. Yeni nəsil nümayəndələri türk, rus və ingilis dilində fikirlərini daha asan ifadə edə bilirlər. Amma Azərbaycan dilində dəqiq, səlis, məntiqli danışan gənclərimizin sayı azalıb. Bununla da dediyimiz kimi, əksəriyyət milli əhəmiyyətli hadisələrdə ya fikir bildirməyi bacarmır, ya da ki bu məsələnin üzərindən sükutla keçməyə çalışır”.

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi