Nərgiz Paşayeva Londonda çıxış etdi

İngiltərə-Azərbaycan Cəmiyyətinin (İAC) ənənəvi illik tədbiri keçirilib
Nərgiz Paşayeva Londonda çıxış etdi
Böyük Britaniya parlamentinin Nümayəndələr Palatasının “Çörçil” zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin (İAC) ənənəvi illik tədbiri keçirilib.

Azertaym.az AzərTac-a istinadən xəbər verir ki, tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayeva, həmsədr vəzifəsini icra edən Kennet Forest, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, həmçinin cəmiyyətin üzvləri və müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.

Professor Nərgiz Paşayeva tədbirdə çıxış edərək Cəmiyyətin mərhum həmsədri Lord Freyzerin xatirəsinin əziz tutulduğunu diqqətə çatdırıb. Lord Freyzerin Azərbaycanın həqiqi dostu olduğunu bildirən Nərgiz Paşayeva deyib ki, həmsədr olduğu müddətdə o, ölkələrimiz və xalqlarımız arasında mədəni və humanitar əlaqələrin inkişafına böyük töhfələr verib.

Həmsədr Nərgiz Paşayeva, həmçinin İngiltərə-Azərbaycan Cəmiyyətinin tarixi, keçdiyi inkişaf yolu, reallaşdırdığı müxtəlif layihələr haqqında ətraflı məlumat verib. 1997-ci ildən fəaliyyət göstərən Cəmiyyətin ölkələrimiz arasında münasibətlərin inkişafında əvəzsiz xidmətləri olduğunu bildirən Nərgiz Paşayeva təşkilatın son illərdə daha fəal çalışdığını, Azərbaycanda və Böyük Britaniyada bir sıra uğurlu humanitar, sosial, mədəni layihələr həyata keçirdiyini qeyd edib.

Tədbir çərçivəsində gənc azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Azərbaycan və dünya klassiklərinin əsərlərindən parçalar ifa ediblər.


Nərgiz Paşayeva Londonda çıxış etdiNərgiz Paşayeva Londonda çıxış etdiNərgiz Paşayeva Londonda çıxış etdiNərgiz Paşayeva Londonda çıxış etdi






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi