Məşhur modelyer villasını satır - FOTO

Məşhur modelyer villasını satır - FOTO

Dünyanın ən məşhur modelyer və dizaynerlərindən biri, "Tommy Hilfiger" brendinin sahibi və banisi Tommi Hilfiger malikanələrindən birini satışa çıxarıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Florida ştatındakı Mayami şəhərində, Qolden Biç səmtində yerləşən villanın ilkin satış qiyməti 27,5 milyon dollardır.

İnteryeri pop-art stilində olan villada 7 yataq və 12 vanna otağı var.

Modelyerin dediyinə görə, Mayamidəki villasını satışa çıxarmasının səbəbi bu məkanda çox vaxt keçirməməsidir.

Villada müasir rəssamların və pop-art sənətçilərin əsərləri var.

Tommi Hilfigerlə onun xanımı Di Oslepponun Konnektikut ştatında və Mistiq adasında da villaları var.

 AzerTaym.az

















Fikirlər