Depressiyaya qarşı - Balıq YAGI

Amerika Tibb Cəmiyyətinin beynəlxalq elmi jurnalında (Journal of the American Medical Association, JAMA) bütün dünyada ölümlərin əsas səbəbi olan ürək-damar və metabolik xəstəliklərindən qoruyan maddənin adı açıqlanıb.

Bu maddə Omeqa-3 yağlı turşulardır.

Araşdırmalar göstərib ki, məhz bu maddənin qidalanmada çatışmazlığı ürək-damar və metabolik xəstəliklərinin riskini artırır.
Ürək xəstəliklərindən qoruyur: araşdırmalar göstərir ki, balıq yağında olan omeqa-3 yağ turşuları orqanizmi ürək-damar xəstəliklərindən müdaifə edir.
İmmin sistemini gücləndirir: Tez-tez xəstələnirsinizsə, xüsusilə qış aylarında sağlamlığınıza qarşı diqqətli olmalısınız. Balıq yağı kapsullarından istifadə etsəniz qrip və öskürəkdən uzaq olacaqsınız.
Cild və saç gözəlliyi üçün: balıq yağından quru cili olanlar və saçları tez-tez qırılanlar mütləq istifadə etməlidirlər. Bu yağ saçların və dərinin daha sağlam görünməsini təmin edir.
Depressiyaya qarşı: Balıq yağının stress, intihara meyl, zehni yorğunluq və cinsi istəksizlik kimi problemlərin həllində yardımı olduğu tibbi cəhətdən təsdiqini tapmışdır.
Alzheymerın inkişafının qarşısını alır: Balıq yağının tərkibindəki DHA və EPA maddələri insanı Alzheymer xəstəliyindən qoruyur.
Hamilələr üçün yararlıdır: balıq yağı ana rəhmindəki körpənin beyin və və gözlərinin daha yaxşı inkişaf etməsinə kömək edir. Balıq yağından istifadə edən qadınlar hamiləliklərinin yarıda kəsilməsindən və digər riskli vəziyyətlərdən bir növ siğortalanmış olurlar. Ancaq mütləq həkim ilə məsləhətləşmək lazımdır.

Depressiyaya qarşı - Balıq yağı

 

Depressiyaya qarşı - Balıq yağı

 






Fikirlər