Azərbaycanın xalq artisti iş adamına ƏRƏ GEDİR

Image result for Aygün Bayramova

Xalq artisti Aygün Bayramova subaylığın daşını atmaq niyyətindədir.

"AzerTaym.az" xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, 49 yaşlı muğam ifaçısının mayın 23-də paytaxtın məşhur otellərinin birində toyu olacaq. Xalq artisti adını gizli saxladığı tanınmış iş adamı ilə nikaha girəcək. O, bu özəl gününü mediadan gizlətməyə çalışıb. İfaçının özəl gününə ölkənin müxtəlif sahəsinin say-seçmə adamları, xalq, əməkdar artistləri və şou-biznesin bir çox tanınmış simaları dəvət olunub.

Qeyd edək ki, bu A.Bayramovanın ilk evliliyidir. Xalq artisti 1967-ci il avqustun 4-də Ağdam rayonunda anadan olub. 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.






Fikirlər