18.09.2014- “Kimsə əhd eləyib ki, oğlum olsa…”- Deputat

18.09.2014- “Kimsə əhd eləyib ki, oğlum olsa…”- DeputatAqil Abbas: “Biz heç kimə heç nəyi qadağan edə bilmərik”
“Azərbaycan demokratik dəyərlərlə idarə olunan ölkədir. Burada hər kəsin öz əzizinə hüzn məclisi təşkil etmək, övladına toy çaldırmaq haqqı var”.


Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas söyləyib.
Modern.az saytının məlumatına görə, şadlıq saraylarına dəbdəbəli və sünnət toylarından imtina etməklə bağlı qeyri-rəsmi göstəriş verilib. İnformasiyada qeyd olunur ki, nişan, xınayaxdı mərasimlərinin də şadlıq saraylarında keçirilməsinə imkan verilməcəyək.
Millət vəkili Aqil Abbas isə bu informasiyanı əsassız sayır: “Biz islam dövləti deyilik, avtoritar idarəetmə şəraitində yaşamırıq. Hər kəsin münasib bildiyi, gücü çatdığı səviyyədə toy keçirmək, məclis təşkil etmək hüququ var. Buna heç kim qadağa qoya bilməz və qoymayacaq da. Sadəcə millət vəkilləri, ziyalılar, ictimaiyyət fəalları tövsiyyə verə bilər ki, israfçı hüzn və toy məclisləri keçirməyə lüzum yoxdur. Bu başqa məsələ. O ki qaldı sünnət toylarına, artıq sünnət toyları yığışıb. Ola bilər kiminsə uşağı olmurmuş, sonradan olub və əhd eləyib ki, oğlum olsa ona sünnət toyu çaldıracam, bu ayrı. Kütləvi şəkildə sünnət toyları keçirilmir və buna ehtiyac da yoxdur”.
Editor.az






Fikirlər