Sona: "Nə mən, Nə də Hüseyn Cahangirə elə tərbiyə verməmişik ki..." - biədəb sözləri Nadirə Cahangir yox, GÖRÜN KİM YAZIB

Sona: "Nə mən, Nə də Hüseyn Cahangirə elə tərbiyə verməmişik ki..." - biədəb sözləri Nadirə Cahangir yox, görün kim yazıb

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə rəsmi İnstaqram hesabında qalmaqallı paylaşım edib. Sənətçi mərhum reper Hüseyn Dəryanın oğlu Cahangirin ona atdığı mesajı izləyiciləri ilə bölüşüb.

Mesajda Cahangir Kənanın onlara apardığı bazarlığın fotosunu atıb və "Sox gözünə, alçaq. Kənana inanmırdınız" yazıb.

Sözügedən paylaşımdan sonra mərhum reperin oğlunun özündən böyüklərə bu cür davranışı sosial şəbəkələrdə tənqid atəşinə tutulub.

Sonxeber.az-a danışan Cahangirin anası, mərhum reperin həyat yoldaşı Sona Muradova məsələyə aydınlıq gətirib:

"Birincisi, nə mən nə də Hüseyn Cahangirə elə tərbiyə verməmişik. Cahangiri tanıyan tanıyır. Hamı bilir ki, o özündən böyüyə heç vaxt "sən" deyə belə müraciət etməyib. O sözləri hansısa qız yazıb və o qız mənim səhifəmdə var. Qız şəkili Nadirə göndərərək, onu təhqir edib. Nadir şəkli görəndə onun kimin göndərdiyinə baxmayıb. Sadəcə Cahangirin səhifəsini görüb və elə bilib ki, Cahangir atıb ona. O, da insandır oxuyub, əsəbləşib, elə sözlər yazıb. Mesaj gecə 1-də göndərilib, Cahangir isə o vaxtı yatır. Mən Cahangirin diliini kəsərəm özündən böyük ilə elə danışsa. Mən gecə Nadirlə əlaqə saxlayıb hər şeyi ona başa saldım. Nadir yüz dəfə məndən də, Cahangirdən də üzr istədi. Şəkli görəndə məni əsəbdən qəhər boğdu, hisslərimə hakim ola bilmədim. Mənim uşağımın adına belə yalanların çıxmağını istəmərəm. Kimin nə sözü varsa mənimlə həll eləsin. Övladımın adını çəkməsin. Nadir səhv başa düşüb bizim Nadirlə nə işimiz var. Azərbaycanın gözəl müğənnilərindən biridir. Sizdən xaiş edirəm Nadirlə danışıb məsələni aydınlaşdırasız. Cahangir Nadirin övladı yerindədir. Onun 10 yaşı var. Nadir elə bir şey gözləyə bilərmi ki, Cahangir ona elə söz desin. Cahangirin nə həddinə elə sözlər yazmaq! Camaaat səhərdən çox şərhlər yazır və mən həmin şərhləri oxuduqca əsəb keçirirəm. Sizinlə danışarkən özümü güclə saxlayıram. Kimin nə sözü varsa mənimlə həll etsin övladım ilə yox!"

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi