Emin Ağalarov yeni klipini təqdim edib VİDEO

Emin Ağalarov yeni klipini təqdim edib VİDEO
Bəstəkar-müğənni Emin “Zvezdı nad Moskvoy” adlı mahnısına klip çəkdirib. Azertaym.az-ın məlumatına görə, sənətçi yaxın dostları və media işçilərini başına toplayaraq klipinin təqdimatını keçirib.

Müğənninin bu mahnısı həm də yeni albomunda yer alacaq. Yaxın günlərdə işıq üzü görəcək diskdə, Eminin rus dilində ifa etdiyi mahnılar yer alacaq.

12 mahnının daxil olacağı albomda müğənninin mərhum ifaçı Müslüm Maqomayevin səsləndirdiyi “Sinyaya veçnost” mahnısı əsasında hazırlanan duet yer alacaq. Burada eyni zamanda “Amor”, “Ne işi menya”, “Tı ne odna” kimi bəstələr olacaq.






Fikirlər