İçkili halda avtomobil sürənlər şallaqlandı- ONLAR UZUN MÜDDƏT sükan arxasında otura bilməyəcək, ÇÜNKİ... - VİDEO

ac878d

Sərxoş sürücülərə qarşı yol polisləri çox zaman amansız olur. Hətta belə bir deyim var ki, yol polisləri öz aralarında içkili sürücülərə heç bir güzəşt edilməməsi barədə razılığa da gəliblər. 

AzerTaym.az avtosfer.az-a istinadən verdiyi məlumata görə, müxtəlif ölkələrdə sərxoş sürücülərə qarşı cəzaların formaları da fərqlidir.

Elə ölkələr var ki, orada cərimələr çox yüksək həddədir. Hətta bəzi ölkələrdə sərxoş avtomobil idarə edənlər cərimə ilə yanaşı sürücülük hüququndan birdəfəlik məhrum edilir.

Sinqapurda isə sərxoş sürücülərə qarşı cəza növü bir qədər ağırdır. Belə ki, avtomobili içkili halda idarə etmisənsənsə, o zaman acı nəticələrinə də dözməlisən. Çünki səni şallaq cəzası gözləyir. Bədəndə ağır yaralar açan şallaq zərbələri hətta  həmin sürücülərə uzun müddət sükan arxasında oturmağa imkan vermir.

Sinqapurda tətbiq edilən cəzanın videosunu təqdim edir:

 






Fikirlər