Fədayə Laçın “kürd referendumu”nu DƏSTƏKLƏYİR?

Müğənni Fədayə Laçın haqqında yayılan xəbərlərə münasibət bildirib.

Axar.az xəbər verir ki, müğənni Feysbuk səhifəsində onun Şimali İraq Kürd Muxtariyyətində keçirilən referenduma dəstək verməsi ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edib.

“Bu gün ağır gündür. Hər kim ki, mənim xəbərim olmayan söhbətdə mənim adımı hallandırır, o insanları Allaha həvalə edirəm”, - müğənni yazıb.

Qeyd edək ki, bir çox xəbər saytlarında Bərzanini dəstəkləyən Vüqar Bəndalıoğlu adlı şəxslə Fədayə Laçının çox yaxın olduğu, onun da Şimali İraqda qanunsuz keçirilən referendumu dəstəkləməsi ilə bağlı xəbərlər yayılıb.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi