“Ramiz, indi qeyrətə gəlmisən?” – SƏRT CAVAB

Image result for Məleykə Əsədova

“Oktyabrın 6-sı və 7-də yeni tamaşamın premyerası olacaq. Premyera qabağı artıq alışmışam. Həmişə belə məqamlarda qanımı qaraltmağa çalışırlar. Mən öz adıma, sənətimə hörmət edib onlara cavab vermirəm. Bu o demək deyil ki, həmin şəxslərdən çəkinirəm. Sadəcə olaraq səviyyələrinə enmək istəmirəm. Cavab vermədikcə elə bilirlər Məleykə qorxur. Cavab vermirəmsə, bu demək deyil ki, onlar haqlıdır?”

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında xalq artisti Məleykə Əsədova deyib.
Məşhur aktrisa bu gün onun ünvanına söz atan həmkarı Ramiz Məlikə sərt cavab verib. M. Əsədova bildirib ki, R. Məlik özünə hörmət qoymur:
“Ramiz Məlikə demək istəyirəm ki, insan qocaldıqca müdrikləşər. Amma, o, yaşlandıqca içindəki kin-küdurətini, üfunətini ona-buna söz atmaqla biruzə verir. Yəqin ki, mətbuatda yazılanları görürsüz. Hər kəsə söz atır, dava edir. Son illər ancaq bu işlərlər məşğul olub. Bir insan öz adına, teatr kollektivinə hörmət qoyursa, necə həmin teatrın əməkdaşları ilə dava edə bilər? Deməli, nə öz adına, nə də teatr kollektivinə hörmət qoyur.
“Ramiz, indi qeyrətə gəlmisən?” – Sərt cavab
Bundan başqa, bir neçə gün bundan əvvəl mənimlə görüşərək hal-əhval tutub. O, necə bir xarakterə malik insandır? Daha sonra arxamca danışır, öz dünyasına aid olan sözləri başqasının ünvanına deyir. Məni görürsən, fikrini mənə denən! Teatrda hər kəs bilir ki, hamıya hörmətlə yanaşıram, hörmət görürəm. İllərdir ki, uğur qazanan zamanı məni əsəbiləşdirməyə çalışırlar. Deməli, mən varam! Zəlimxan Yaqubun bir şeiri var: “İçimizi qurd kimi yeyən namərdlər də var”. Nə edim, belələri də var. Həmin bir-iki nəfər teatr kollektivi demək deyil”.
Xalq artisti deyib ki, aktyorun xanımı da çox müasir biridir:
“İnsan belə sözlərin ona deyilməsini istəmirsə, başqalarına hörmət etməlidir. Özü elə davranmalıdır ki, ona söz deyilməsin. Onun yazdıqları mənə qəribə gəldi. Özüm də məəttəl qalıram. Yaşına, başına və keçmişdəki oynadığı obrazlara hörmət etmir. Hamıya söz atmışdı, bir mən qalmışdım?
O geyimdə nə var? Ramiz elə paltar geyinən görməyib? Onlara müraciət edirəm. Mənim bir çərçivəm var, o çərçivəni aşmağa qoymayın. Mənim ağzımı açdırmayın. Öz balaca ailəm, sənətimlə məşğulam. Ramiz, lazım olsa çox şey danışaram. Səni hamı gözəl tanıyır. Özüdə ki, nə geyinirəmsə, əcəb edirəm, özüm bilərəm. Bədənimin ölçüləri, boyum buna imkan verir. Kişidir, qadın şəklinə şərh yazmaqdansa, gedib ailəsiylə məşğul olsun.
“Ramiz, indi qeyrətə gəlmisən?” – Sərt cavab
Bəsdir! İnsan bu yaşında Allaha ibadət edər, dost-tanış ətrafına yığar. Bu nədi? Yaşlı vaxtına söz atırsan, hamıyla dalaşırsan. İşin-gücün yoxdur? Mənə heç kəs toxunmasın. Məni bu yerə onlar çatdırmayıb, Allahımın köməyi ilə uğurlar qazanmışam.
Mənə onun məsləhəti lazım deyil. İllər boyu ailəsinə, xanımına hörmətlə yanaşmışam. Xanımı müasir olub, Buna hörmətlə yanaşmışam. Ona sual vermək istəyirəm. Ramiz, əvvəldən belə qeyrətli idin, yoxsa indi qeyrətə gəlmisən? Bir daha deyirəm, mənə toxunmayın. Mən göydə Allahıma sığınıb yerdə sənətimlə, qızımı böyütməklə o balaca dünyamda yaşayıram”.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi