Yeni ədəbi sayt fəaliyyətə BAŞLADI

Yazyarat.com saytı öz müəlliflərini gözləyir...

Ədəbi aləmə yeni bir sayt gəlir. Bildirmək istəyirik ki, yazyarat.com adlı portalın yaradıcısı proqramçı Aqşin Firuzdur. Sayt rəhbəri həm də publisist və tərcüməçidir. O, indiyədək ingilis, rus və Türkiyə türkcəsindən bir sıra elmi və bədii əsərlər tərcümə edib.

Aqşin Firuz Türkiyədəki ODTÜ-də təhsil alıb, V.N Karazin adına Xarkov Dövlət Universitetini bitirib.

Yazyarat.com böyük ədəbiyyat portalıdır. Burada hər bir müəllif qeydiyyatdan keçərək, öz əsərini sərbəst şəkildə, necə deyərlər, pulsuz-parasız, xahiş-minnətsiz yerləşdirə bilər.

Əsasən, Azərbaycan, rus və ingilis dilllərində fəaliyyət göstərən Yazyarat.com saytına istənilən dildə əsər yerləşdirmək mümkündür. Virtual aləmə yeni qədəm qoyan saytda müəlliflərin eyni vaxtda onlaynda bir-birləri ilə yazışmaq, habelə öz qələm yoldaşlarının, həmkarlarının əsərləri barədə fikir söyləmək imkanı var. Saytdakı materiallar dörd bölümdə dərc edilir: Proza, Poeziya, Dramaturgiya, Kritika.

Bundan başqa, müəlliflərin keçirəcəkləri tədbirləri işıqlandırmaq üçün xüsusi səhifə nəzərdə tutulub.

Saytıh yaradıcısı düşünür ki, yeni portal ədəbiyyatımızın dünya çapında təbliği və təşviqi sahəsində mühüm rol oynaya bilər.

Bu günlərdə yeni saytın geniş təqdimat mərasimi keçiriləcək.

Yeri gəlmişkən, qeyd edək ki, saytın rəhbəri Aqşin Firuz tanınmış yazıçı-filosof Firuz Mustafanın oğludur.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi