Məşhur aşıq Azər Xanlaroğlundan ACI – XƏBƏR

İrandan müayinə və müalicədən qayıdan tanınmış aşıq Azər Xanlaroğlunun səhhətində heç bir irəliləyiş yoxdur.

Bu barədə Teleqraf.com-a tanınmış aşıq özü məlumat verib.

Aşığın sözlərinə görə, hazırda özünü yaxşı hiss etmir:

Ayağımda çirk var, yeriyə bilmirəm. Gərək yanımda adam ola, qolumdan tuta, addım atım. İran həkimləri dedilər ki, bizim müalicəmiz səni tam sağaltmayacaq. Tam sağalmağın üçün İsrailə getməlisən. Ora getmək üçün isə mənə külli miqdarda pul lazımdır. Buna nə mənim, nə də ətrafımdakı insanların gücü çatır”.

Azər Xanlaroğlu dərman qəbuluna davam etdiyini bildirib:

Vallah, bezmişəm iynə-dərmandan. Dərmanların təsirindən son 45 gündə 20 kilo kökəlmişəm. İsraildə müalicə olunsaydım, bu xəstəlikdən birdəfəlik qurtulardım. Yoxsa ayağımın kəsiləcəyini dedilər. İnsan kimi yaşamaq istəyirəm. Dilənmək də istəmirəm. Kim kömək eləsə, Allah razı olsun. Yoxsa elə bu vəziyyətlə barışıb, ayaqlarımla vidalaşacağam...

Qeyd edək ki, Azər Xanlaroğlu “Hepatit C” virusundan və damar genişlənməsindən əziyyət çəkir.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi