“Yuğ” teatrında NƏ BAŞ verir? Daha bir İSTEFA...

“Yuğ” teatrında nə baş verir? Daha bir İSTEFA...

“Yuğ” teatrının aktrisası, əməkdar artist Yaqut Paşazadə teatrdan gedir.

Bu haqda Teleqraf.com-a aktrisa özü məlumat verib.

Onun sözlərinə görə, teatrla müqaviləsi bitib:

“Yeni müqavilə imzalamaq istəmirəm. Tetarın hazırki durumu məni qane etmir. Həm inzibati dəyişikliklər, həm də yaradıcı mühit ürəyimcə deyil. Ona görə də teatrdan ayrılıram. Növbəti iş yerimin hansı teatr olacağı da məlum deyil. Hazırda Mədəniyyət və İncəsənət Universitetində “Dram teatrı və kino aktyoru” fakültəsində aktyor sənəti müəllimi kimi çalışıram”.

Qeyd edək ki, bundan öncə əməkdar artist Rasim Cəfər və Hikmət Rəhimov da öz ərizələri ilə teatrdan çıxıblar.






Fikirlər