“Faytonçu” Nazim: “ŞOK YAŞADIM, gözləmirdim”

Müğənni Nazim Pişyari yeni yaradıcılıq işlərindən danışıb.

Musavat.com saytına açıqlama verən müğənni konsertə hazırlaşdığını deyib: “Bir neçə mahnı götürmüşəm, hazırda aranjeman olunur . Klip çəkdirməyi düşünürəm. Solo konsertə də hazırlaşıram. Məkan müəyyənləşməyib . Heydər Əliyev Sarayında və ya başqa məkanlarda da baş tuta bilər. Yer yanvarda dəqiqləşəcək.

Bilet məsələsi bir az problemdir, insanlar almır. İnanıram ki, biletlərim satılacaq. Tamaşaçılar məni məyus qoymayacaq. Mən də onlara maraqlı gecə bəxş etməyə çalışacağam”.

Müğənni səhhətdən də danışıb: “Müalicələr bitib, artıq tam sağlamam. Xalqımıza, sənət dostlarıma minnətdaram. Mənə dəstək oldular, yaşamaq ruhumu canlandırdılar. Yıxılmadım, ayaqdayam. Etiraf edim ki, heç vaxt insanların diqqətində bu qədər olmamışam. 150 mindən çox insan məni izləyir, minlərlə şərhlər yazılır. Bunlar mənə şok yaşatdı, gözləmirdim. Kövrəldim. Yaşamaq eşqim artdı. Hamıya minnətdaram”.






Fikirlər