Namiq QARAÇUXURLU xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu yıxılaraq ayağını sındırıb. Lent.az milli.az-a istinadən xəbər verir ki, meyxanaçının ayağı 3 yerdən sınıb.

Namiq Qaraçuxurlu hazırda xəstəxanalardan birindədir. Meyxanaçını bu vəziyyətində sənət yoldaşları da tək qoymayıb. Sevil-Sevinc bacıları, Əhməd Mustafayev, Manaf Ağayev, Aysun İsmayılova və teleaparıcı Afaq Gəncəli onun ziyarətinə yollanıblar.

Qeyd edək ki, müğənni dünən toydan evə gələrkən maşından düşmək istəyəndə ayağı səki qırağına dəyib.






Fikirlər