"Lampa ÖZ ALTINI görmür" - Kərimlə Natavan Həbibi ARASINDA QALMAQAL

"Lampa öz altını görmür" - Kərimlə Natavan Həbibi ARASINDA QALMAQAL

Kərim Abbasov 5 ildir küsülü olduğu müğənni Natavan Həbibinin “bostanına" növbəti dəfə daş atıb.

Müğənni sosial şəbəkə vasitəsiylə Natavan Həbibiyə xəbərdarlıq göndərib. Kərim Abbasov ad çəkməsə də, sözlərinin Natavana ünvanlandığı məlum olub:

Bəzi müğənnilərdən xahişim var. Çox rica edirəm, ünvanıma daş atmayın. Xahiş edirəm, mənlə işiniz olmasın. Lampa öz altını görmür. Amma sizi yaxşı görürəm, tanıyıram. Əgər problem axtarmırsınızsa, öz taxta başınızda mənim adıma “stop” deyin. Bu, hədə-qorxu deyil. Sadəcə sizin biabır olmağınızı istəmirəm, bu, böyük bir məsləhətdir”.

Xatırladaq ki, Kərim Abbasov bu yaxınlarda verdiyi açıqlamada Natavan Həbibini qəlbi qara adlandırmışdı. Onun “Aygün Kazımovanın ad gününə getdim deyə, məndən küsdü” sözləri qalmaqalı daha da alovlandırıb.

Natavan Kərimə cavab olaraq "Aygün Kazımovanın ad gününə getdim deyə, məndən küsdü" sözlərini təsdiqləmişdi:

"Biz Aygün Kazımova ilə bir-birimizin taktikalarını bilirik. Mən ağıllı qadından danışıram sizə... Dedim ki, istifadə olunmayın. Səni istifadə edən insan bilir ki, sən istifadə olunansan. Öpürəm Aygünü, ağıllı qadındır. Şou-biznesi quran Aygün Kazımovadır. Kərim Natavanın dostu olmasaydı, o, Aygünə lazım idi? Bu kişinin qızına mikrofon uzatsan etiraf etməyəck. Dedim ki, yandırmayın məni, yanımda qalın. Natavan kinli yox, ağıllı qadındır. Natavan deməsə, bunları kim deyəcək? Hamınız qorxursunuz. Aygün ad günü edirdi, bütün mənim dostlarımı çağırıb, üzlərinə maska taxıb. Görün necə ağıllı qadındır. Öyrənin də..."

AzerTaym.az






Fikirlər