ANNA Netrebko və YUSİF Eyvazov daha Moskvada OXUMAYA BİLƏRLƏR

  

Rusiyanın məşhur opera müğənnisi Anna Netrebko əgər çıxış etdiyi konsertlərdə bilet qiymətləri 100 min rublu ötsə, bir də Moskvaya konsert verməyə gəlməyəcəyini bildirib. Lakin konsertin təşkilatçıları yüksək qiyməti tədbirin keçirilməsiylə bağlı xərclərlə izah edirlər. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Mətbuatın yazdığına görə, ifaçının Moskvada Çaykovski adına konsert zalında azərbaycanlı opera müğənnisi Yusif Eyvazovla birlikdə çıxış etdiyi konsert üçün bilet tamaşaçılara 100 min rubldan baha satılıb. Bundan şoka düşən A. Netrebko “Instagram” səhifəsində post yazaraq bildirib ki, əgər təşkilatçılar onun konsertinə baş çəkməyi arzu edənlər üçün biletlərə belə qiymətlər qoysalar, bir də Moskvaya gəlməyəcək.

KİV-in məlumatına görə, müğənninin fevralın 7-də baş tutan konsertinə biletlər 170 min rubla satılıb. Amma amfiteatrda 90 min rubla da yerləri tapmaq mümkün olub. Birinci sıraya biletlərə gəlincə, onların dəyəri 182 min rubl təşkil edib.

Netrebkonun konsertinin təşkilatçılığı ilə məşğul olmuş “Berin Art Management” şirkətinin rəhbərliyi isə bildirib ki, yüksək qiymətlər təşkilat xərcləriylə əlaqədardır. Həmçinin qeyd olunub ki, şirkət alverçilər tərəfindən alınaraq sonra baha qiymətə satılan biletlərə nəzarət etmək imkanlarına malik deyil. Şirkətdən verilən məlumata görə, qiymət bir sıra müxtəlif amillərlə bağlı formalaşır, bura ərazinin icarəsi, reklam, artistlər üçün transferlər, işləyən əməkdaşların qonorarları və sair daxildir.

 "AzerTaym.az"

 

 






Fikirlər