Elnarə Azərbaycanın siması seçildi

Elnarə Azərbaycanın siması seçildiAzərbaycanlı müğənni Elnarə Xəlilova yeni beynəlxalq layihədə təmsil olunacaq.

TRT Avaz televiziya kanalının hazırladığı layihənin məqsədi türk dünyasının tanıdılmasıdır. Layihə çərçivəsində “Avaz” adlı türk dünyasının birliyini əks etdirən mahnı yazılıb.
Mahnının ifası üçün hər bir türk xalqını təmsil edən müğənni seçilib. Təşkilatçılar Azərbaycanın siması üçün müğənni Elnarəni seçiblər.


Müğənni AzərTAc-a bildirilib ki, bir neçə gündən sonra yaradıcı heyət klip çəkilişləri üçün Bakıya gələcək.
Paytaxtımızın müxtəlif tarixi məkanlarında mənim üçün klip lentə alınacaq. Klip və mahnı TRT Avaz və bütün türk xalqlarının telekanallarında yayımlanacaq, eləcə də radio dalğalarında səslənəcək.






Fikirlər