Alpinist AKTRİSA

Mən, onun təriflərə, alqışlara sığmayan sənətindən öncə, ürəyini sevmişəm. O ürəyi ki, yalnız gözəlliklə, sevgiylə, xeyirxahlıqla döyünür. Belə bir ürəyi necə sevməyəsən axı?!

O yumruq boyda ürəyinə əzizlərinə və dostlarına olan sevgisiylə yanaşı, sənətinə, bütövlükdə insanlığa olan böyük sevgisini bərabər şəkildə yerləşdirə bilib.  Bu böyük ürəyin sahibi dəyərli aktrisamız Dilarə xanım Əliyevadır.

Azərbaycan kinosu və teatr mədəniyyətinin aparıcı və ayrılmaz hissəsi olan müasirimiz Dilarə xanım, birgə doğulduğu sənətinə vurğunluğunu və onun yaradıcılığına heyran olan tamaşaçılarına sədaqətini, yaratmış olduğu obrazların vasitəsilə, sonsuz səmimiyyətlə çatdırır.

Tanrı sözün əsl mənasında ondan heç nəyi əsirgəməyib. Xarici gözəlliyi ilə daxili gözəlliyi arasındakı harmoniya, ikinci həyatı olan yaradıcılığında ona böyüközgüvən verir. Aktrisa istər komik, istərsə də ciddi obrazları yaradıcı potensialının bütün enerjisini sərf edərək, eyni dərəcədə əvəzsiz ustalıqla yaradır.

Obrazdan obraza dəyişsə də, heç vaxt dəyişməyən mələk xisləti gözlərinin dərinliyindən dəyərli şəxsiyyəti haqqında bizə doğru mesaj verir. Aktrisa səhnədə olmasa da, həyatda, verdiyi müsahibələrində heç vaxt oynamır. Tanrının yaratdığı Dilarəni qrimsiz, maskasız təqdim edir.

Səhnəyə atdığı ilk addımlarından marağa, sevgiyə layiq olan Dilarə xanım müxtəlif xarakterli obrazların sayını artırmaqla yanaşı, özünü aparıcı kimi də sınamağa başladı və böyük uğur qazandı. Əlbəttə ki, bu da səbəbsiz deyildi...

Fenomenal yaddaşa, ensiklopedik biliyə malik olan aktrisa, ədəbiyyatımızı, folklorumuzu, poeziyamızı əhatəli bilməklə yanaşı, özü də savadlı mətnlər yazaraq tamaşaçıların qarşısına hər vaxt hazırlıqlı çıxır. O, doğma ana dilimizdə səlist, aydın və savadlı danışaraq, dilimizin zənginliyinin, axıcılığının təbliğində əvəzsiz rol oynayır.

Onun bu sahədə olan biliyindən və istedadından danışarkən, onu da qeyd etmək istəyirəm ki, bizim Dilarə xanımla dostluğumuz onun mənim bir şairə kimi yaradıcılığıma olan marağından və verdiyi dəyərdən başladı.

Hazırda sırf sənəti ilə məşğul olsa da, Dilarə xanım professional aparıcı kimi də yaddaşlara həkk olundu.

Azərbaycanın mədəniyyətinə, incəsətinə layiqincə xidmət edən Dilarə xanım dünənin, bu günün, gələcəyin aktrisasıdır. Daima axtarışda olmağı tələb edən gərgin iş rejimində çalışan aktrisa, eyni zamanda iki gözəl qız övladının qayğıkeş anasıdır, ailəsinin dəyərli xanımıdır.Övladlarını sağlam, tərbiyəli, savadlı, vicdanlı və əsl insan kimi yetişdirən Dilarə xanım bir dəqiqə belə onları nəzarətsiz qoymur. Onların maraqları və istəklərinə hörmətlə, ədalətlə yanaşır.İncəsənət sahəsindən təmamilə uzaq olan böyük qızı Aytəndən fərqli olaraq, kiçik qızı Banu incəsənətə çox meyllidir. Kiçik dünyası istedadla dolu olan Banu, düşünürəm ki, gələcəkdə anası kimi çox sevilən simalardan biri olacaq.

Elə obrazlarına da övladları kimi yanaşan aktrisamız onları da böyük məhəbbətlə sevir.

Dilarə xanımın uğurlarının başlıca səbəblərindən biri və ən başlıcası tamaşaçısına və səhnəyə olan hörməti, sədaqətidir. Loru dildə desək, o, işində heç vaxt “xaltura” etmir.Bunu obrazlı şəkildə ifadə etsək isə deyə bilərəm ki, yaradıcılıq bir dağ silsiləsidir və onun zirvələri var. Zəhmətkeş aktrisamız əldə etdiyi uğurlarla kifayətlənməyərək, bir-birindən maraqlı layihələrə imza atmaqla zirvəyə doğru sanki bir alpinist əzmi ilə qalxır. Çatmağına lap az qalıb. Əsas odur ki, bu yolda büdrəməyəsən, əziz dostum!

Güclü qadın, sədaqətli həyat yoldaşı və dost, qayğıkeş ana, çox istedadlı və peşəkar aktrisa və ən əsası insan kimi insan... Bax bu, bizim dəyərlimiz aktrisa Dilarə Əliyevadır.

Mən Azərbaycanımızınmənəvi sərvəti olan belə xanımlarla fəxr edirəm. Varlığına görə Tanrıya şükürlər olsun. Bir ömür boyunca yüz faiz yaşa, yarat, sevil, gözəl bacım! Sənin buna haqqın var!






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi