TATLISƏSDƏN ƏRDOGANI GÜLDÜRƏN mahnı: "...MENBİCİ dolan da gəl" - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Suriya ilə sərhədə gedən tanınmışların arasında olan İbrahim Tatlısəs orada zarafatından qalmayıb.

Teleqraf.com xəbər verir ki, Tatlısəsin oxuduğu mahnı Ərdoğanın gülüşünə səbəb olub.

Onun ifa etdiyi mahnıdakı "Baxdın Afrin xoş deyil, Menbici dolan da gəl" sözləri hər kəsdə gülüş doğurub.

İmperator "Yaylalar" mahnısındakı "Baxdın Urfa xoş deyil, dilo-dilo, yaylalar, Afrini dolan da gəl" sözlərini dəyişərək "Baxdın Afrin xoş deyil, Menbici dolan da gəl" kimi oxuyub.AzerTaym.az

 

 

 






Fikirlər