ÇİÇƏK TURANLA NİŞANLI OLMASINDAN DANIŞDI: "...ANAMI ÜZÜRDÜ"

Çiçək Tunarla nişanlı olmasından danışdı:

Aparıcı Şəhla Vakkas keçmiş nişanlısı, müğənni Tunar Rəhmanoğludan ayrılması barədə danışıb. 

AzerTaym.az  xəbər verir ki, aparıcı "Hər şey daxil” verilişində bildirib ki, adının son günlər Tunarla yanaşı yazılmasına əsəbiləşir:
"Tunarla ayrılmağımızdan 17 il keçib. Biz Tunarla nişanlı olanda mənim 18 yaşım var idi. 7 aydan artıq nişanlı qalmadıq, ayrıldıq. Bacısı Günellə verilişimə gələndə tanış olmuşduq. Tunarın mənə olan sevgisinə "Məcnun sevgisi” deyilirdi. Ailə həyatı qurdum, 9 yaşında oğlum var. Tunarın indiyənə qədər evlənməməsi ən çox mənim anamı üzürdü. 
Xahiş edirəm, imkan verin o da ailə həyatı qursun. Özümü onun nişanlısının yerinə qoyuram, xoş deyil. Gözəl bir xanımla nişanlanıb. Ən xoş günündə belə nişanlısının adının yanına Çiçək yazılması yaxşı deyil”.
Qeyd edək ki, Tunar bir neçə gün öncə Ülviyyə adlı xanımla nişanlanıb.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi