TATLISƏSİN TURANLA DUETİ NÜŞABƏNİ ƏSƏBİLƏŞDİRİB - Video

Tatlısəsin Turanla dueti Nüşabəni əsəbiləşdirib

“Dünən gecədən bu video sosial şəbəkələrdə paylaşılır. Görənlər niyə cavab vermədiyimi deyir.

Olub keçmiş hadisədir. İbrahim bəy orada lazımi cavabı verib”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Tunar Rəhmanoğlu instaqram səhifəsində yazıb.

Sənətçi illər əvvəl əməkdar artist Nüşabə Ələsgərlinin oğlunun kiçik toyunda İbrahim Tatlısəslə duet oxumasına ev sahibinin etiraz etdiyini bildirib:

Məni ən yüksək zirvədə tutduğunu hər zaman hər yerdə göstərib. Nə etmək olar? Paxıl da var, istəyən də, quyu qazan da, gözü götürməyən də… Ancaq bunlara gülüb keçmək lazımdır. İstəmişəm ki, məni görəndə gülərək “Səni çox istəyirik” deyən, insanlar o simaları ilə yadımda qalsın.. Bu kadrdakıları görməzdən gəlirəm. Allah kömək olsun. İllər keçib, bəlkə də, indi məni həqiqətən də çox istəyirlər. İlhamə xanıma da Allah rəhmət eləsin”.

Qeyd edək ki, həmin görüntülər ötən gündən etibarən sosial şəbəkələrdə paylaşılıb. Məclisdən yayılan görüntülərdə ev sahibəsi N. Ələsgərlinin gərgin olduğu diqqətən yayınmayıb.  

***

Nüşabə Ələsgərli "Qafqazinfo"ya açıqlamasında həmin hadisəni xatırlamadığını qeyd edib.

 

 






Fikirlər