“HƏQİQƏTİ BİLSƏZ, HƏYATA NİFRƏT EDƏRSİZ”

“Həqiqəti bilsəz, həyata nifrət edərsiz”

Azərbaycanın iki tanınmış müğənnisi Könül Kərimova ilə Təranə Qumral arasında baş verən gərginlik daha da artıb. 

“Qafqazinfo” xəbər verir ki, “5-də 5” proqramında ifaçının Təranəyə görə efirdən getməsi barədə sosial şəbəkələrdə müzakirələr hələ də davam edir.

Belə ki, K. Kərimovanın səhifəsinə instaqram istifadəçisi “Könül xanım sizə böyük hörmətim var idi, amma televiziyada çox saymazlıq etdiniz. Bəlkə də haqlı idiniz. Sadəcə pis mövqedə oldunuz” şərhini yazıb. 

Sənətçi isə həmin rəyə münasibət bildirib:“Siz həqiqəti bilsəniz, həyata, insanlığa nifrət edərsiniz. Ən azı yazdıqlarınıza görə utanarsınız. Şükr edirəm ki, həmin an ürəyim dayanmadı. Allah mənə güc verdi. Nə isə. Hər şey yaxşıdır”.Könülün yazdığı sözügedən rəyi T. Qumral instaqram səhifəsində paylaşaraq yazışmaya münasibət bildirib:

“Dostlar, bu, Könüllə bir xanımın yazışmasıdır. Necə yayıldığını bilmirəm. Amma atalar yaxşı deyib, keçinin buynuzu qaşınanda özünü sürtməyə yer axtarır. Zaur Kamalın verilişinə gəlmişdim, üzbəüz, xalqın qarşısında sözünü üzümə deyərdin. Oradan qaçıb arxadan niyə xəlvət yazışırsan? Mən heç nə demirəm, hər şeyi sizin ixtiyarınıza buraxıram”.

AzerTaym.az






Fikirlər