MARAL TAHİRQIZI ELÇİN ƏLİBƏYLİNİ MƏHKƏMƏYƏ verə bilər

Teletənqidiçi Elçin Əliyəblinin müəllifliyilə “Space” TV-də efirə gedən “El bizim sirr bizim” verilişinin “Siz öz sənətinizə xəyanət edirsinizmi” sualı ətrafında açılan müzakirəsi böyük qalmaqala səbəb olub.

Sosial şəbəkələrdə müğənni kimi tanınan Maral Tahirqızını qonaq qismində verilişinə dəvət edən E.Əlibəyli ifaçı studiyaya daxil olar-olmaz onu tənqid etməyə başlayıb.

M.Tahirqızının verilişə gecikməsini ona irad tutan digər qonaq Sevda Kazımovanın sözünə qüvvət verən E.Əlibəyli “Gör özünü hara çatdırıb ki, verilişə gecikir. Kimsən sən, sizin neçə yaşınız var?” deyərək “çıxış”a başlayıb:

Niyə özünüzü məhv edirsiniz? Kim sizinlə zarafat edib və inanıbsız? Kim sizə deyib müğənnisiniz? Siz Azərbaycan musiqisinin qara nöqtəsisiniz, son bitmiş nöqtəsisiniz”.

Aparıcının dediklərilə razılaşmayan M.Tahirqızı sadalananları qəbul etməyib və bu iradları səsi olmayanlara bildirməsini təklif edib.

E.Əlibəyli isə “Sizdən betəri yoxdur, siz son hədsiniz. Utanc yerisiniz. Hiss eləmirsiniz, sosial şəbəkələrdə sizə lağ edirlər? Prikol mənbəyisiniz. Mən dediyim sizə çatmır” suallarını yağdırmağa başlayıb.

Qonaqlardan biri müğənninin oxumağını təklif etsə də, Elçin Əlibəyli “tamaşaçılar yazıqdır” deyərək M.Tahirqızının ifasının əleyhinə olub.

Elə studiyaya daxil olması ilə M.Tahirqızı ilə sözləri çəp gələn S.Kazımova ona xitabən “xanım” deyə müraciət edəndə, E.Əlibəyli “xanım yox, ona qadın deyin” söyləyib. Aparıcının bu cür münasibət sərgiləməsi sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb. Beləcə, Maral Tahirqızını tənqid atəşinə tutan Elçin Əlibəyli özü sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlərə məruz qalıb. Əksəriyyət onu qadına qarşı kobud rəftarda, aparıcıya yaraşmayan hərəkətdə ittiham edib.

 Media eksperti, hüquqşünas Ələsgər Məmmədli Modern.az-a bildirib ki, ilk növbədə efiri idarə edən şəxsin efir mədəniyyəti olmalıdır:

Aparıcı tamaşaçılara hörmət baxımından cəmiyyətdə bu və digər formada bəyənilən, dinlənilən şəxsi efirinə çağırmalıdır. Əgər kimdənsə narazı idisə, onu efirinə çağırmamalı idi. Ümumiyyətlə, qadın və kişi fərqi yoxdur, insanların şərəf və ləyaqətinə hər kəsin hörmətlə yanaşmaq məcburiyyəti var. Çünki insanın hüququdur ki, özünü başqalarının bu tip müdaxilələrindən qorusun. Şərəf və ləyəqətin qorunması həm cinayət, həm də mülki məsuliyyət yaradır. İndiki halda qeyd olunan ifadələr nalayiq forma almadığı üçün mülki məsuliyyət yaradır. Amma hər halda xoş ifadə deyil və bir şəxsin üzünə deyilməsi o şəxs tərəfindən mübahisələndirilə bilər.

Jurnaslitin belə bir xüsusiyyəti var ki, o, toplumda olanları ümumiləşdirib müsahibə ünvanlaya bilər. Yəni ictimai rəyi müzakirəyə çıxara bilər. O zaman desə ki, “belə bir fikir var”, “tamaşaçı müraciəti var”, “oxucu məktubu var”  bu, başqa məsələdir. Amma müsahibi ittiham edərcəsinə tənqid və təhqir etmək yolverilməzdir. Bu məqamda jurnalist etik davranmaq məcburiyyətindədir”.

Hüquqşünasın sözlərinə görə, bu cür münasibətə görə. M.Tahirqızı məhkəməyə müraciət edə bilər:

Qarşı tərəf bu münasibəti özünə qarşı aşağılayıcı, reputasiyasına zərər verən hal kimi dəyərləndirirsə, məhkəməyə müraciət etmək hüququ var. Amma istənilən halda tənqidlə təhqir arasındakı qırmızı xətti düzgün müəyyənləşdirmək lazımdır. Bəzən bizim insqnlar tənqid edir düşüncəsilə təhqirə keçir, yaxud sərt tənqidləri təhqir kimi qəbul edirlər. Ona görə istənilən halda bu tip məqamlar ekspertizadan keçirilərək qiymətləndirilməlidir”.

Ekspert Elçin Əlibəylinin Maral Tahirqızına xitabən “ona xanım yox, qadın deyin” sözlərinə də münasibət bildirib:

Bəzən nəzakətsiz ifadələr etik məsuliyyət yaradar, mülki məsuliyyət yaratmaz. İndiki halda müraciət forması olaraq qadın və ya xanımın seçilməsi etik problemdir. Etik məsələni jurnalistlər etik kodekslər çərçivəsində müəyyən etməlidirlər. Bundan başqa, hər bir televiziyanın özünün etik kodeksi müəyyənləşməlidir. Xanım və qadın ifadələrinin əvəzlənməsi insanın onurunu qıracaq bir məsələ deyil, sadəcə etik baxımdan doğru sayılmır. Hüquqi baxımdan məsuliyyət yaratmır”.

Biz məsələni aydınlığa qovuşdurmaq üçün “bəyənmədiyiniz, ifasını qəbul etmədiyiniz birini niyə efirə dəvət etmişdiniz” sualı ilə aparıcı Elçin Əlibəyliyə müraciət etdik.

E.Əlibəylinin Modern.az-a cavabı belə oldu:

Niyə dəvət etmişdim?! Mən bunu sizdən soruşmalı deyildim axı! Həm də hər bir insanın fikir azadlığı var. Müzakirə edirlər, əcəb edirlər. Vəssalam, deyəcəyim bu qədərdir”.

 






Fikirlər

Şərh müəllifi: UanmazCoeri                 Tarix: 7 may 2018 19:11                 [ Cavabla ]
Народ кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

                        

Şərh müəllifi: cialis 20mg                 Tarix: 12 may 2018 06:52                 [ Cavabla ]
cialis kaufen <a href="http://cialisonl.com/ ">tadalafil generic</a>
cialis patent expiration buy cialis
viagra online without <a href="http://rldta.com/#viagra-20-mg">Viagra vs viagra</a>
uk online viagra Viagra 20 mg best price
cialis for sale south africa http://cialisonl.com/#cialis-alternative
online viagra prescription http://viagraessale.com/

                        

Şərh müəllifi: viagra vs cialis                 Tarix: 14 may 2018 00:04                 [ Cavabla ]
viagra or cialis <a href="http://cialisyoues.com/ ">cialis without a doctor's prescription</a>
cialis preise schweiz tadalafil 20 mg
where can i buy a viagra <a href="http://viagrayosale.com/ ">Viagra for daily use</a>
buy viagra forum Viagra lowest price
prezzo cialis a buon mercato http://cialisyoues.com/
best place buy viagra online http://rldta.com/#buy-viagra

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi