ALLAHIN YER ÜZÜNDӘKİ CӘNNӘTİNİN AÇARI..

Qәlblәri – Allahı zikr etmәk qәdәr heç bir şey rahatlaşdıra bilmәz, ondan daha böyük savabı olan başqa bir әmәl ola bilmәz. Bu, Allahın bir vәdidir:

 

..Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapar.” (Rad, 28)

 

Allahı xatırlamaq, Onun yer üzündәki cәnnәtinin açarıdır. Onun yer üzündәki cәnnәtinә daxil olmayan, axirәtdәki cәnnәtinә dә daxil ola bilmәz. Zikr, nәfsin – xәstәlik, sıxıntı vә iztirablardan qurtuluşudur. Hәtta o, bütün uğurların vә qurtuluşun asan vә qısa yoludur. Zikrin faydalarını görmәk üçün Qurani-Kәrim oxu vә düşün. Şәfaya nail olmaq üçün, günlәr boyunca zikr dәrmanını iç. Qısası, sәn Onu (Allahı) zikr et, xatırla ki, O da sәni zikr etsin, xatırlasın:

 

“..Siz Məni xatırlayın (zikr edin) ki, Mən də sizi yada salım!..” (Bәqәrә, 152)

 

Qorxu, narahatlıq, üzüntü vә kәdәr buludları, Allahı zikr etmәklә dağılar.. Hüzn dağları, Onun zikri ilә ortadan qalxar.. Allahı zikr edәn kimsәlәrin rahatlığına heç tәәccüb etmә!.. Çünki doğru olan vә Rәbb tәrәfindәn vәd olunan da budur. Tәәccüb edilmәsi gәrәkli olanlar, Allahın zikrindәn qafil olanlardır. Yoxsa onların qәlblәri, Allahdan qeyrilәrinin zikri ilә mәşğuldur?! Әgәr elәdirsә bil ki:

 

“(Onlar) ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmәzlər..” (Nәhl, 21)

 

Ey yuxusuzluqsan şikayәt edәn! Ey kәdәrdәn ağlayan! Ey baş verәn hadisәlәr sәbәbi ilә әziyyәt çәkәn! Ey bәla vә müsibәtlәrdәn dolayı sovrulmuş insan! Haydi, O’nun müqәddәs vә mübarәk adını çәk, O’nu zikr et!

 

“..Heç (Allahın özündən başqa) Ona bənzərini tanıyırsanmı?” (Mәryәm, 65) 

 

Hәyatın sıxıcıdırsa, daima narahatlıq vә kәdәr içәrisindәsәnsә, әmin ol ki Allahı zikr etmәkdәn uzaq düşmüsәn, qafillik çuxurundasan.. Dәrhal oradan çıx, dünya vә axirәt xoşbәxtliyinә doğru qaç..

 

“Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik..” (Taha, 123)

 

Allahın adlarını nә qәdәr çox zikr etsәn, ürәyin bir o qәdәr genişlәnәcәk, qәlbin rahatlıq tapacaq, xoşbәxtliklә gәlәn rahatlıq, vicdanını bürüyәcәk.. Çünki, Uca Allahı zikr etmәk:

Ona güvәnmәk; Ona etimad etmәk; Ona yönәlmәk; Onun haqda yaxşı zәndә olmaq vә qurtuluşu Ondan gözlәmәk – demәkdir..

 

O, dua edildiyi zaman, qullarına çox yaxındır.. Nida edildiyi zaman eşidir, Ondan istәnildiyi zaman verәr.. Buna görә dә, Ona yalvar, boyun әy vә ehtiram göstәr.. Dilin daima Onun zikri ilә mәşğul olsun.. O tәkdir – Onu ortaqlardan/şәriklәrdәn uzaq tut, Onu tәriflә, Ona dua et, Ondan istә vә hәmçinin, Ondan bağışlanma dilә.. Onun qüvvәt vә qüdrәti sayәsindә xoşbәxtlik vә әmin-amanlığı, sevinc vә nuru tapacaqsan.. Buna әmin ol!

 

Hәm dünya, hәm dә axirәt nemәtlәrini istәyirsәnmi?.. Elә isә, ibadәt, dua vә ZİKR ilә Allaha möhkәmcә sarıl:

 

Belәliklә, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini (Cənnəti) verdi. Allah yaxşı iş görənləri sevər!” (Ali-İmran, 148)

Hazırladı: Ayxan Yaquboğlu (İslamevi.az)

 

 

 

  

 






Fikirlər

Şərh müəllifi: Brusannus                 Tarix: 12 iyun 2018 17:21                 [ Cavabla ]
Люди кто хочет играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

                        

Şərh müəllifi: WWWormlBam                 Tarix: 5 iyul 2018 00:06                 [ Cavabla ]
Buy Steroids Online
8 Best Legal Anabolic Steroids For Sale

<a href="https://buylegalsteroid.us/#">Buy 100% Legal Steroids</a>
<a href="https://buylegalsteroid.us/#">How To Buy Legal Steroids</a>

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi