Mədəniyyət komitəsinin "MƏTBƏX"ində NƏLƏR VAR?!

Mədəniyyət komitəsinin "mətbəx"ində nələr var?

Mədəniyyət sahəsi ilə bağlı yeni qanunların qəbul olunması istisna deyil.

Bunu Oxu.Az-a açıqlamasında adıçəkilən komitənin sədr müavini, professor Jalə Əliyeva deyib.

O xatırladıb ki, hər bir sahədə olduğu kimi, mədəniyyət sahəsində də zəngin qanunvericilik bazası mövcuddur.

Onun sözlərinə görə, bir neçə il əvvəl ölkəmizdə Mədəniyyət haqqında yeni qanun qəbul edilib və ondan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl, sistemli və məqsədyönlü işlər görülür.

J. Əliyeva bildirib ki, gələcəkdə zərurət yarandığı halda yeni qanunların qəbul olunması da mümkündür.

Onun dediyinə görə, zamanın tələbinə müvafiq olaraq ortaya çıxacaq yeni çağırışlar bu sahədə müəyyən təkmilləşmələrin həyata keçirilməsinə zərurət yarada bilər.

Millət vəkili uzun illərdir aşıq, muğam sənətinin qorunması və inkişafı, adlar və soyadlarla, yazılı abidələrlə, məzarlıqlarla bağlı qanun layihələrinin və digər qanunvericilik aktlarının komitənin gündəmində olduğunu və məqamı yetişəndə onların da müzakirələrə çıxarılmasının mümkünlüyü bildirib.

J. Əliyeva qeyd edib ki, sözügedən sənədlər cəmiyyətin sosial sifarişindən doğur və bu baxımdan, onların zaman-zaman qəbulu mümkün olacaq.






Fikirlər

Şərh müəllifi: Altonfap                 Tarix: 19 sentyabr 2018 17:06                 [ Cavabla ]

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi