YAĞIŞ, KÜLƏK, 40 dərəcə isti - Sabahın HAVASI

Yağış, külək, 40 dərəcə isti - Sabahın HAVASI

Bakıda və Abşeron yarımadasında iyulun 14-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTaym.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz təşkil edəcək.

İyulun 14-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyinin arabir güclənəcəyi ilə əlaqədar, çimərliklərə üz tutanları ehtiyatlı olmağa çağırırıq.

İyulun 14-də hava şəraitinin yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

İyulun 14 və 15-də Abşeron yarımadasında temperaturun ötən günlərlə müqayisədə aşağı enməsi, mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amildir.






Fikirlər