MƏŞHUR AKTRİSANIN BANK HESABI və ƏMLAKI MÜSADİRƏ olundu - FOTO

Bacısı ŞOKDA: Məşhur aktrisanın bank hesabı və ƏMLAKI MÜSADİRƏ olundu - FOTO

Nurgül Yeşilçayın bacıları ilə birlikdə İzmirdə açdığı gəlinlik mağazasına əmlakın müsadirə olunması qərarı verilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeşilçayın motosikletlərinin, bank hesablarının və mülkiyyət sənədlərinin müsadirə olunması qərarı çıxıb.

Gəlinlik istehsalı ilə məşğul olan firmaya olan 10 min TL-lik (təxminən 5 min manat) borcu olduğu üçün aktrisanın əmlakının müsadirə olunması əməliyyatlarına başlanılıb.

Nurgül Yeşilçayın sahibi olduğu "Yeşilçay Moda" adlı gəlinlik mağazasında ulduzun bacısı Həcər Yeşilçay baş verənlərdən dolayı şok yaşayıb. Həcər Yeşilçay bu vəziyyətdən bacısı Nurgül Yeşilçayın xəbərinin olmamasını istəsə də, şirkət sahibi səsini yüksəldərək etiraz edib.

Mağazanın işçiləri əmlak müsadirəsi aparılmadan vitrindəki bahalı gəlinlik paltarlarını yığaraq "Bizim deyil, yan mağazanındır" deyərək əlindəkiləri dükandan çıxarıb. Daha sonra icra məmuru və vəkil bürosunun rəsmisi malları tək-tək qeydiyyata alıb.

Baş verən bu proseslərdən sonra Nurgül Yeşilçaya aid olduğu təsbit edilən 8 əmlakın sənədi, motosiklet və bank hesabının müsadirə olunması prosesi başlanılıb, hətta yaşadığı ünvanındakı evdə də əmlakın müsadirə olunmasına qərar verilib.

Məlum olub ki, Yeşilçay gəlinlik istehsalçısına iki illik borcunu ödəmir.






Fikirlər