"Min oyundan çıxıb, sonra əxlaqdan danışırlar" - Afaq Aslandan müğənniyə İSMARIŞ - VİDEO - FOTO

"Min oyundan çıxıb, sonra əxlaqdan danışırlar" - Afaq Aslandan müğənniyə İSMARIŞ - VİDEO - FOTO

"Bakı balaca şəhərdir, hamı bir-birini gözəl tanıyır"

ARB TV-nin "Sayqa ilə" verilişinin növbəti qonağı müğənni Afaq Aslan olub.Efirdə adını çəkmədiyi qadın müğənnidən danışan Afaq, qadınların əxlaqından söz açıb:

"Gənc xanımları pozğun həyat tərzinə yönləndirmək nə vaxtdan əxlaqlılıq olub?"

Bu yaxınlarda Afaq Aslanın "İnstagram"da qabağına çıxan "gənc aparıcılar efirdə əxlaqsızlığı təbliğ edir" yazısı onu əməlli-başlı güldürüb. Afaq adını demədiyi qadın müğənninin yazdığı bu sözlərə fikrini efirdə bildirib:

"Bir söz var, deyir, kimdə nə yoxdur, ondan danışır. Bəzi əxlaqsız həyat tərzi yaşayan insanlar istər sənət adamı olsun, istər qeyri-sənət. Çıxırlar efirdə ona-buna, tamaşaçıya elə əxlaqdan dərs keçirlər ki, çönüb özlərinə baxmırlar ki, mən bu insana bunu örnək vermək istəyirəmsə, bu mənim özümdə varmı? Həyatda min oyundan çıxırlar. Mən həmin müğənniyə tövsiyyə etmək istəyərdim ki, əgər əxlaqsızlığı gənc aparıcılar təbliğ edirsə, sən əxlaqlı ol, çevrəndəki insanlarla təbliğat apar. De ki, ailə qurun, övlad sahibi olun".

"Gənc xanımları pozğun həyat tərzinə yönləndirmək nə vaxtdan əxlaqlılıq olub?" deyən müğənni, həyatda hər cür əxlaqsızlıq edən insanın kamera qarşısına çıxaraq insanlara əxlaqdan örnək olmasını qınayıb.

Afaq Aslan sonda həmin müğənni hamının gözəl tanıdığını və özünü məsxərəyə qoymağın faydasız olduğunu bildirib.

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi