MEHRİBAN Xanlarovanın tamaşaçıya atdığı TƏPİK - "Azəri Vandam" hara, efir hara? - VİDEO

Mehriban Xanlarovanın tamaşaçıya atdığı təpik – “Azəri Vandam” hara, efir hara? – VİDEO

Deyəsən, Azərbaycanda efirə çıxmaq üçün qaydalar sadələşdirilir.

Yenicag.az xəbər verir ki, bunun üçün xüsusi bacarığa, istedada, yüksək savada ehtiyac yoxdur.

Sosial şəbəkələrdə bir az yüngüllük, loru dildə desək, bambıllıq etmək bunun üçün kifayətdir.

Bir də gördün hansısa telekanalın prodüseri telefonuna zəng edib səni efirə çıxarır.

Məsələn, indi ciy-ciy səsi ilə efirlərdə şivən salan Bayram Nurlu kimi… Oğurluq etməkdə təqsirləndirilən, yalnız işlətdiyi bir cümlə az qala fenomenə çevrilən “Fəhlələrüyüy”ün “qəhrəmanı” kimi… İndi isə növbə düşük-düşük hərəkətlər edən, ora-bura təpik atmaqla diqqəti özünə çəkməyə çalışan “Azəri Vandam”ındır.

Gözünüz aydın, artıq bu şəxs də televizordan evimizə boylanır, ağsaqqal, ağbirçəklərimizi salamlayır, körpələrimizin üzünə baxır. Yəqin ki, birazdan növbəti verilişdə ekspert kimi çıxış edib, camaata ağıl öyrədib, mentalitet dərsi də keçəcək.

Budur, sizə təqdim etdiyimiz kadlar bu gün efirə gedən “Canım sizə desin” verilişindədir. Əməkdar artist Mehriban Xanlarova “Azəri Vandam”la birlikdə onun statusuna yaraşmayacaq şəkildə təpik atır, guya karate fəndləri öyrənir.

Bunu edən bilirsiz kimdir? Azərbaycanın xalq artisti, korifey sənətkar Zeynəb Xanlarovanın qardaşı qızı… Yazıqlar olsun!






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi