BAKI ŞƏHƏR Mədəniyyət Baş İdarəsinə yeni rəis TƏYİN EDİLDİ - FOTO

Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyinatı olub. "Report"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə Cəlil Bəhram oğlu Məlikov təyin edilib.

Qeyd edək ki, C.Məlikov 1984-cü ildə Bakı şəhərində anadan olub. 1990-2000-ci illərdə 189 nömrəli məktəbdə təhsil alıb, 2004-cü ildə isə Bakı Dövlət Universitetini “Turizm və sosial mədəni servis xidməti” ixtisası üzrə bitirib.

C.Məlikov 2002-2004-cü illərdə “Space” müstəqil teleradio şirkətində rejissor, 2004-2005-ci illərdə “ABC Construction” şirkətində satış və marketinq üzrə menecer və 2005-2006-cı illərdə “Hyatt Regency Baku” mehmanxanasında müxtəlif vəzifələrdə işləyib.

2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsində sektor müdiri və Nazirliyin Protokol sektorunun müdiri vəzifələrində çalışıb.

2018-ci ilin avqust ayında mədəniyyət nazirinin köməkçisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinə bu təyinatadək Vüqar Zeynalov rəhbərlik edib. O, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə başçısı təyin edilib.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi