Leyla Əliyeva HİNDİSTANLI yoqinin MÜHAZİRƏSİNİ DİNLƏDİ - FOTOLAR

Leyla Əliyeva hindistanlı yoqinin mühazirəsini dinlədi

Noyabrın 10-da məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

AzerTaym“Qafqazinfo” xəbər verir ki, Sadhqurunun izləyiciləri ilə görüşü "Mənəvi quruculuq: gümrahlığın texnologiyaları" mövzusunda olub.

"Mənəvi quruculuq: gümrahlığın texnologiyaları" dərin və davamlı şəxsi transformasiyadan keçmək üçün qədim yoqa elmindən əldə edilən hərtərəfli bir sistemdir. Bu, insanın bədəni, ağlı, duyğuları və enerjisini pik nöqtədə, tam harmoniyada birləşdirmə üsuludur, hər hansı fiziki hazırlıq və ya yoqa haqqında bilik tələb etmir və onun sayəsində asanlıqla istənilən həyat tərzinə inteqrasiya etmək mümkündür.

Sadhqurunun mühazirəsi bədən və emosiyalara, insanın daxili enerjisinə müdrikliklə nəzarət etmək vasitələri barədə maraqlı mülahizələrlə yadda qalıb.
Hindistanlı yoqinin fikrincə, bugünkü cəmiyyət bəşər tarixində ən rahat şəraitdə yaşayan insanlardan ibarətdir. Sadhqurunun sözlərinə görə, insan bəyənmədiyi halları, əslində, özü yaradır. İnsanın düşüncələri onun həyatında müxtəlif təlatümlərə səbəb ola bilər. "İnsanlar on il əvvəl baş vermiş hadisənin iztirabını, eləcə də gələcəkdə gözlənilən hər hansı hadisənin iztirabını indi çəkir. Halbuki indiki vəziyyətdə nə on il əvvəlki, nə də gələcəkdə baş verəcək hadisə mövcud deyil", - deyən Sadhquru bu iztirabın yaddaş və hüdudsuz təxəyyül kimi mənbələrini göstərib.

"Siz sevincli olanda bu sevinc digərlərinə də sirayət edir. Siz bu zaman başqalarına pozitiv görünürsünüz. Eyni zamanda, əks halda da müvafiq vəziyyətə uyğun hal yaranır", - deyə Sadhquru vurğulayıb. Yoqin hesab edir ki, insan öz ağlının özünə zərər deyil, fayda verməsinə çalışmalıdır. İnsan dünyanı özünə deyil, özünü dünyaya uyğunlaşdırmalı və harmoniyada yaşamağı bacarmalıdır.

Sadhquru mühazirədən sonra iştirakçıların suallarını cavablandırıb, Bakıda bu auditoriya qarşısında çıxışının və insanlarla ünsiyyətinin ona çox gözəl anlar yaşatdığını bildirib.
Qeyd edək ki, Sadhqurunun Mərkəzin Auditorium zalında etdiyi çıxış çoxsaylı müraciət və istəklər nəzərə alınaraq, digər konfrans zalında da canlı yayımlanıb və burada tamaşaçılar onu böyük monitor vasitəsilə izləyiblər.

Tədbir çərçivəsində Sadhqurunun "Mənəvi quruculuq: gümrahlığın texnologiyaları" adlı kitabının imzalanma mərasimi də olub.

Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru yoqin, mistik bestseller müəllifidir, özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. O, bir sıra beynəlxalq forumlarda, o cümlədən BMT-nin mənzil qərargahında əsas, Dünya İqtisadi Forumunda isə mütəmadi çıxışçı olub, TED konfranslarında izləyicilərlə görüşüb. Hindistanlı yoqin Oksford, Stenford, Harvard, Uorton, Yel universitetlərində, Massaçusets Texnologiya İnstitutunda və dünyanın digər qabaqcıl ali təhsil müəssisələrində çıxış edib.

 

 











Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi