“Elçin bəy, ELƏ BİLDİNİZ Kİ, mən bunu udacam?” - Flora Kərimova

“Elçin bəy, elə bildiniz ki, mən bunu udacam?”

Xalq artisti Flora Kərimova mərhum aktrisa Amaliya Pənahovanın vida mərasimində xalq yazıçısı Elçin Əfəndiyevlə aralarında yaranmış narazılığa münasibət bildirib.

Flora Kərimova dramaturqun ona arxasını çevirməyinin bütün millətə qarşı hörmətsizlik olduğunu bildirib.

“Demirəm ki, xalq artistiyəm, mənə arxa çevirmək olmaz?! Mən xalqın artistiyəm. Mənə arxa çevirmək adıma, daşıdığım rütbəyə və o adın arxasında duran, qiymət verən millətimə hörmətsizlikdir.

Elçin bəy, siz məni nə yerinə qoydunuz? Elə bildiniz ki, mən bunu udacam? Udmayacam! Buna görə 78 il başı uca gəzməmişəm”, - deyə xalq artisti qeyd edib.

 

 






Fikirlər