"BU AĞRILAR ayağıma da vururdu" — RASİM BALAYEV

Uzun müddətdir ki, belində yaranan ağrılardan şikayətçi olan Xalq artisti Rasim Balayev Türkiyədə müalicə olunur.

Sputnik Azərbaycan bildirir ki, Xalq artisti son zamanlar ağrılardan çox əziyyət çəkdiyini deyib: "Belimdə yırtıq var, ağrı verirdi. Bu ağrılar ayağıma da vururdu. Bu səbəbdən rahat gəzə də bilmirdim. Artıq bir neçə gündür ki, Türkiyədəyəm. Müalicə üçün Ankara şəhərinə gəlmişəm".
"Bakıda əməliyyat etmək istəyirdilər. Lakin Türkiyəyə gəldikdə onlar əməliyyata gərək olmadığını dedilər. Müalicə ilə problemi aradan qaldıracaqlarına vəd veriblər. 10 gündən sonra buradakı müalicəmi bitirib Bakıya qayıdacağam" - deyə Rasim Balayev əlavə edib.

Xatırladaq ki, vaxtilə "Babək" filminin çəkilişi zamanı atdan yıxıldığı üçün Xalq artistinin belində yırtıq yaranıb. R.Balayev bu problemə görə dəfələrlə müalicələr qəbul etsə də, səhhətində heç bir irəliləyiş olmayıb.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi