Xalq artisti ŞİKAYƏTLƏNDİ: "Teatrın girəcəyinə dəftər qoyub, ağsaqqal aktyorlara QOL ÇƏKTİRİRLƏR"

Xalq artisti Yasin Qarayev teatrda yeni yaradılan sistemdən narazı olduğunu bildirib.
milli.az  xəbər verir ki, aktyor gileyini bu sözlərlə dilə gətirib:
"Sənətə və sənətkara həmişə diqqət, qayğı olmalıdır. SSRİ xalq artisti, böyük teatrın direktoru Mark Zaxarov Peterburqda xəstə yatan aktyor Leonid Bronevoyun maaşını vaxtı-vaxtında Sankt Peterburq xəstəxanasına göndərib. O, heç bir aktyoru diqqətindən kənar qoymayıb. Bizimkilər isə teatrın girəcəyində dəftər-qələm qoyub, "yarımştat" işləyən ağsaqqal-ağbirçək aktyorlara hər gün qol çəkdirirlər ki, ay aman birdən bu qocalar gedib, qaragünlükləri üçün haradansa beş manat pul qazanarlar"






Fikirlər