“QARA SIYAHI”ya SALINAN restoranlar nazirliyin xəbərdarlığına CAVAB VERDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakı şəhərində yerləşən bir sıra restoranları məhkəməyə verəcək. Nazirliyin əməkdaşı Faiq Mütəllimov bu barədə Modern.az-a açıqlamasında bildirib ki, müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən iaşə obyektlərinin sahiblərinə ETSN tərəfindən verilən vaxtdan 6 ay keçməsinə baxmayaraq, bu günə kimi yalnız 90 obyektdə təmizləyici qurğu quraşdırılıb. O diqqətə çatdırıb ki, monitorinqlərin başlanıldığı tarixdən indiyədək xəbərdarlıqlara məhəl qoymayaraq, təmizləyici qurğu quraşdırmayan 64 obyekt cərimə olunub, cəriməni ödəməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması istiqamətində iş aparılır:
"20 iaşə obyektinin - “Yeddi Gözəl”, “Sonalar Sonası”, “Gilavar”, “Oazis”, “Çanaqqala”, “Şahzadə”, “Şəlalə”, “Meqa Palas”, “Kəndimiz”, “Çıraq”, “Qabırğa” və digərlərinin bağlanması üçün sənədlər məhkəməyə göndərilib. Hazırda daha 15 iaşə obyektinin – “Topqapı”, “Ankara”, “Mübarək”, “Eliza”, “Cratos Hall”, “Qızıl balıq”, “Şır-şır”, “Meşəbəyi” və digərlərinin fəaliyyətinin dayandırılması üçün sənədlər məhkəməyə hazırlanır. 

Modern.az nazirlik əməkdaşının adlarını çəkdiyi bəzi restoranlarla əlaqə saxlayıb. Maraqlıdır ki, restoranların sahibləri və məsul şəxslər sözgedən obyektlərlə nazirlik arasında müqavilə imzalandığını, təmizləyici qurğuların quraşdırıldığını bildiriblər. 

“Yeddi Gözəl” şadlıq sarayından verilən məlumata görə, restoranda sözügedən aparatlar artıq quraşdırılıb:

“Nazirlik bizi necə məhkəməyə verə bilər? Biz onların tələblərinə riayət edirik. Restoranımızda nazirliyin tələb etdiyi qurğu var, qurulub. ETSN məhkəməyə verməyə hazırlaşırsa, öncə gəlib, yoxlasınlar. Təxmini bir ay əvvəl restoran binasının tüstü bacalarında yerləşdirilib. Tamamilə saz, işlək vəziyyətdədir. Dediyim kimi, məhkəməyə gedəcək durum yoxdur”.

“Gilavar” restoranı  da nazirliyin xəbərdarlıq etdiyi kimi, tələb olunan qurğuları quraşdırıb:

“Bizdə heç bir qanunsuz fakt yoxdur. ETSN bizdən təmizləyici qurğuların quraşdırılmasını tələb etdi. Artıq bu məsələ həll olunub, qurğular yerləşdirilib”. 

“Ankara” restoranından da bildirilib ki, nazirliklə müqavilə imzalanıb:

“Artıq restoranımızda təmizləyici qurğular da yerləşdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin restoranımızı nəyə görə məhkəməyə verəcəyi bizə məlum deyil”. 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi